• Təqvim

  • Unutma

  • Maraq



İşsiz kimi qeydiyyata alınan şəxslərin nəzərinə!

İşsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi qaydaları və prosedurları

 


1. İlk növbədə şəxs "işsiz şəxs” kimi qeydiyyatla alınmalıdır.

  • "Məşğulluq haqqında” Qanuna əsasən işsiz şəxs – işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir.
  • Qanuna əsasən aşağıdakı şəxslər işsiz kimi qeydiyyata alına bilməz:

muzdla işləyənlər

mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər

sahibkarlar,

mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar

ailə kəndli təsərrüfatının üzvləri

haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər

ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar

2. Aşağıdakı ödənişlərdən birini alan işsiz şəxs birdəfəlik ödəmə almaq hüququna malik olmayacaq.

ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri

əmək pensiyaçıları

aylıq müavinət alanlar

aylıq təqaüd alanlar

özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslər

işsizlikdən sığorta ödənişi alanlar

peşə hazırlığına görə təqaüd alanlar

2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslər

ər və ya arvadı sahibkar (aktiv VÖEN-i olan) və ya MEİS-in "Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlar

Birdəfəlik ödəməni ər və ya arvaddan biri ala bilər.

3. İşsiz şəxs statusu və birdəfəlik ödəmə alma üçün müraciət forması:

Aşağıdakı 3 üsuldan birindən istifadə edilə bilər:

a) işsiz şəxs qeydiyyata alınması üçün www.e-sosial.az portalına daxil olaraq "e-xidmətlər” bölməsindən "Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xidmətini seçməklə müraciət edir. Bu zaman vətəndaşlardan elektron hökümət portalında (www.e-gov.az ) qeydiyyatdan  keçərək kod və parol alınması tələb olunur.

b) e-sosial.az portalında hər hansı bir qeydiyyat proseduru tələb olunmadan "online müracət” bölümünə daxil olaraq, işsiz kimi uçota alınmaq üçün müraciət edir.

c) Rayonlar üzrə Məşğulluq Mərkəzlərinin qaynar xətlərinə zəng edərək işsiz şəxs kimi qeydiyyata düşmə üçün müraciət etmək mümkündür. Qaynar xətlərin telefon nömrələri elan olunmuşdur.

4. İşsizlik statustunun verilməsi:

a) İşsiz statusunun verilməsi hüququ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövcud elektron sistemləri üzərindən yoxlanılacaqdır.

b) Hüquq olduğu təqdirdə qeydiyyata alınacaq, əks təqdirdə isə əsaslandırılmış imtina ismarıcı göndəriləcəkdir.

5. Birdəfəlik ödəmənin verilməsi:

a) İşsiz statusu verilmiş şəxslərə birdəfəlik ödəməni əldə etmək hüququ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövcud elektron sistemləri üzərindən yoxlanılacaqdır.

b) Hüquq olduğu təqdirdə ödəmə həyata keçiriləcək, əks təqdirdə isə əsaslandırılmış imtina ismarıcı göndəriləcəkdir.

Birdəfəlik ödəmə bank və ya poçt vasitəsilə ödənilir və bu barədə şəxsə mobil ismarıc göndərilir.

Birdəfəlik ödəmə pandemiya ilə əlaqədar olaraq, xüsusi karantin rejimi dövründə aylıq həyata keçirilir. 

-----------------------------------------------------------------------------------------------------------

Birdəfəlik ödəmə üçün ilk ödənişin 9 aprel tarixində indiyədək işsiz kimi qeydiyyatdan keçmiş və birdəfəlik ödəmənin alınması meyarlarına uyğun olan şəxslərə həyata keçiriləcəkdir. Vətəndaşlar işsiz şəxs kimi qeydiyyata düşdükcə və birdəfəlik ödəniş alma meyarlarına uyğun gəldikcə pandemiya dövründə birdəfəlik ödənişləri əldə edəcəklər.           



Facebook-da paylaş