Qazaxda "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair seminar-məşğələ keçirilib » Göyəzən internet portalı


Qazaxda "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair seminar-məşğələ keçirilib

Qazaxda "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair seminar-məşğələ keçirilib
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın 4.4.23-cü bəndinin icrası ilə əlaqədar seminar-məşğələ keçirilib. Seminar-məşğələnin keçirilməsində məqsəd narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə təlimçilərin hazırlanmasıdır.

Qazax rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə RİHB Aparatının hüquq şöbəsinin müdirləri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibləri, rayonun baş narkoloqu Nahidə Osmanova, polis şöbəsinin azyaşlılar üzrə inspektoru Bilal Allahverdiyev, gənclər və idman idarəsinin, məktəb liseyin, Qazax Dövlət Sosial İqtisadi Kollecin əməkdaşları, ümumtəhsil məktəblərin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, müəllimləri, psixoloqları və valideyn komitəsinin sədrləri, KİV nümayəndələri iştirak edib.
Qazaxda "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair seminar-məşğələ keçirilib
Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb, keçirilən tədbirin məsqəd və əhəmiyyətindən danışıb.
Qazaxda "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair seminar-məşğələ keçirilib
Qeyd edib ki, bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına uyğun olaraq öz üzərinə götürdüyü vəzifələrin öhtəsindən layiqincə gəlir.

Sonra mövzu ilə bağlı çıxışlar olub. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri Rafiq Allahverdiyev, Şahin İsmayılov, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, şöbə müdiri Pərvin Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional Mərkəzlərlə iş şöbəsinin müdir müavini Aydın Rəcəbli, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Tariyel Şahverdiyev çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən söz açaraq narkotik vasitələr və onun törətdiyi fəsadlar barədə tədbir iştirakçılarına geniş və əhatəli şəkildə məlumat veriblər.
Qazaxda "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair seminar-məşğələ keçirilib
Qazaxda "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair seminar-məşğələ keçirilib
Qeyd ediblər ki, müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılıb. Narkotik maddələrin gənc nəsillər arasında yayılması təhlükəsini nəzərə alaraq, bir çox ölkələr "Narkotiksiz gələcək naminə" milli proqramlar qəbul edirlər. Buraya təhsil ocaqlarında, hüquq mühafizə orqanlarında, təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirilmə kampaniyaları daxildir. Bu kampaniyalar kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə də aparılır.
Qazaxda "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair seminar-məşğələ keçirilib
Qazaxda "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair seminar-məşğələ keçirilib
Çıxış edən natiqlər belə maarifləndirmə xarakterli seminar-məşğələlərin keçirilməsinin bir növ dəstək xarakterli olduğunu bildiriblər.
Qazaxda "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair seminar-məşğələ keçirilib
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, slayt vasitəsilə narkotik vasitələrin törətdikləri fəsadlar və bu sahədə aparılan mübarizə yolları nümayiş olunub.
Qazaxda "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair seminar-məşğələ keçirilib
Qazaxda "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair seminar-məşğələ keçirilib
Qazaxda "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair seminar-məşğələ keçirilib
Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova tədbirə yekun vuraraq qonaqlara belə maarifləndirmə tədbirini təşkil etdiyinə görə iştirakçılar adından öz dərin minnətdarlığını bildirib.

GOYEZEN.AZ


Facebook-da paylaş