• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda mobil qrup üzvləri tərəfindən koronavirus infeksiyasına qarşı maarifləndirici tədbirlər davam etdirilir


Hər kəsə yaxşı məlumdur ki, ölkəmizdə koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması istiqamətində zəruri tədbirlər görülür. Ölkə daxilində koronavirusa yoluxma hallarının qarşısının alınması daim diqqət mərkəzində saxlanılır. Vətəndaşlar arasında aparılan maarifləndirmə işi də məhz bu məqsədə xidmət edir.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu sahəyə xüsusi həssaslıqla yanaşılır. Bunun üçün polis orqanlarının nümayəndələri ilə birgə rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəliklərinin, bələdiyyələrin, habelə digər qurumların nümayəndələrindən ibarət mobil qrup üzvləri mütəmadi olaraq əhali arasında olur, maarifləndirmə işi aparırlar.

Mobil qrup üzvləri tərəfindən "Evdə qal, sağlam ol” şüarı altında əhali arasında keçirilən maarifləndirmə tədbirləri əsasən əhalinin sıx toplaşdığı parklarda, avtovağzalda və digər yerlərdə sakinlərlə, əsasən yaşlı sakinlərlə görüşərək həyata keçirilir. Görüş zamanı mobil qrup üzvləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə əməl edərək 10 nəfərdən artıq qruplarda cəmləşməmələrini, 2 metr məsafənin gözlənilməsini, 65 yaşdan yuxarı olanların evdən çıxmasının qadağan olunduğunu və bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsinin təmin edilməsinə dair izahatlar verirlər.

Aparılan maarifləndirmə və təbliğat zamanı əhalinin bir qisminin hələ də karantin rejiminin tələblərinə ciddi yanaşmamasını müşahidə edən mobil qrup üzvləri bir daha vətəndaşlara son dərəcə diqqətli olmalarını tövsiyə edirlər. Məsuliyyətli davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görməklə bu qaydalara riayət etmələrini xahiş edirlər.






 

GOYEZEN.AZ



Facebook-da paylaş