• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Nazirlər Kabineti yanında Operativ Qərargahın ictimai-iaşə müəssisələrinin iş müddəti ilə əlaqədar qərarına əsasən bir sıra obyektlərə baxış keçirilib


Bildiyiniz kimi, respublikamızda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən məqsədyönlü tədbirlər davam etdirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın 21 mart 2020-ci il tarixli qərarına əsasən növbəti addım kimi Azərbaycan Respublikası ərazisində  fəaliyyət göstərən kafe, restoran, çayxana, internet klubları və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş müddəti martın 22-dən başlayaraq səhər saat 09.00-dan 15.00-dək müəyyən edilir.

Məqsəd vətəndaşların təmas imkanlarını minimuma endirmək, eyni zamanda zəruri qidalanma imkankarını da saxlamaqdır.

İctimai iaşə müəssisələrinə tətbiq olunan yeni iş rejiminə respublikamızın hər yerində olduğu kimi, Qazaxda da əməl olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahın 21 mart 2020-ci il tarixli qərarı ilə bağlı bu gün saat 15:00-dan saat 18:00-dək ilkin olaraq Qazax şəhərində fəaliyyət göstərən bir sıra çayxana, restoran, kafe və internet klublarda canlı video çəkilişlər aparılıb.

Video çəkilişlər zamanı baxış keçirilən çayxana, kafe, restoran və digər ictimai iaşə obyektlərinin saat 15:00-dan etibarən bağlandığı müşahidə olunub.

Bu gün həmçinin koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisində dezinfeksiya işləri aparılan əhalinin sıx toplaşdığı parklarda ("Fəxri qazaxlılar” və Mədəniyyət Mərkəzinin qarşısındakı park), Şəhidlər Xiyabanında, Qazax Avtovağzalında, "Əsədoğlu” marketin qarşısında, Bayraq Meydanında, kəndlərə gedən avtomobil yolunun kənarındakı dayanacaqlarda və ətraf ərazilərdə video çəkilişlər həyata keçirilib.

Bütün video çəkilişlər Göyəzən.az internet portalının facebook səhifəsində canlı yayımlanıb. 

Oxucular https://www.facebook.com/profile.php?id=100013464840214 linkə daxil olmaqla bütün video çəkilişləri izləyə bilərlər.

Qeyd: Nazirlər Kabineti yanında Operativ Qərargahın 23 mart 2020-ci il tarixli Məlumatına əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir. Bu müddət ərzində ictimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunacaq. Müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən ediləcək. Evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə veriləcək.











                                 Fəxri qazaxlılar parkı

 

 

Şəhidlər xiyabanı


Qazax Avtovağzalı

 

 

GOYEZEN.AZ



Facebook-da paylaş