• Təqvim

  • Unutma

  • Maraq



Novruz bayramı ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib


Qarşıdan ən qədim və milli bayramımız olan Novruz bayramı gəlir. Hər il olduğu kimi, bu il də bayram ərəfəsində Qazax rayonunun sakinləri qəbiristanlıqlarda olublar.

Bu gün şəhər və kənd qəbiristanlıqlarında ənənə şəklini alan ümumrayon iməciliyi keçirilib. Doğma və əzizlərinin uyuduqları məzarlıqlarda səliqə-sahman yaradılması məqsədilə keçirilən iməcilkdə rayon sakinləri hamılıqla iştirak edib.

İməcilik zamanı qəbiristanlıqların içərisində və ətrafında təmizlik, abadlıq işləri aparılıb, səliqə-sahman yaradılıb. Ərazi iri otlardan, kol-kosdan təmizlənib, ehtiyac olan digər işlər görülüb. 

İməcilikdə elliklə iştirak edən rayon sakinləri bu cür savab işləri ilboyu davam etdirəcəklərini bildiriblər.

Məlumat üçün bildirək ki, iməcilik şənbə günü də davam edəcək.

Şəhər qəbiristanlığı 













 

Yuxarı Salahlı kənd qəbiristanlığı





 

Xanlıqlar kənd qəbiristanlığı

 

Daş Salahlı kənd qəbiristanlığı







Cəfərli kənd qəbiristanlığı


Çaylı kənd qəbiristanlığı

 

 

Ağköynək kənd qəbiristanlığı
 

 Fərəhli kənd qəbiristanlığı



Canalı kənd qəbiristanlığı



İkinci Şıxlı kənd qəbiristanlığı 









Kəmərli kənd qəbiristanlığı 




Qaymaqlı kənd qəbiristanlığı 






Kosalar kənd qəbiristanlığı











GOYEZEN.AZ



Facebook-da paylaş