Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti - VİDEO
Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan
Novruz bayramı zamanı hər birimizin arzusudur ki, bayram şənlikləri ən xoş
duyğularla yaddaşlarımıza həkk olunsun. Bunun üçün isə Novruz bayramı ilə
əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün
bir sıra təhlükəsizlik qaydalarına, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı
bütün tələblərə ciddi əməl olunmalıdır: • bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq
böyüklərin nəzarətində olmalıdır; • tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər
yanar materiallardan kənarda yandırılmalıdır; • tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır; • tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin
alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər; • yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Unutmayın: Qaydalara biganəlik - həyatımıza
təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!
Facebook-da paylaş