Gəncə Səyyar “ASAN xidmət" avtobusu Qazaxda vətəndaşlara xidmət göstərəcək
Gəncə Səyyar "ASAN xidmət”in nümayəndələri 6
noyabr 2019-cu il tarixdən 5 dekabr 2019-cu il tarixədək texnika
ilə təchiz olunmuş xüsusi avtobusla Qazax şəhəri, Ş.Xiyabanı küçəsi 12 ünvanında
(mərkəzi poçtla üzbəüz) əhaliyə səyyar xidmətlər göstərəcək. 30
gün müddətində səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak
Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunacaq. Bu xidmətlərə torpaq üzərində mülkiyyət
hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq
sahəsinin planının və ölçüsünün verilməsi, tərcümə xidməti, tibb xidməti, bank
xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın
təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların
məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların
verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına
alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində
mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin
qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş
pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi
və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və notariat
fəaliyyəti daxildir. Səyyar "ASAN xidmət" avtobuslarında sənəd
qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan
15:00-dək) həyata keçiriləcək. Hazır sənədin verilməsi isə həftə içi və şənbə
günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) təşkil
olunacaq. Səyyar
xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara
daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın
təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır. GOYEZEN.AZ
Facebook-da paylaş