• Təqvim

  • Unutma

  • Maraq



Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Ağstafada vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Ağstafada vətəndaşları qəbul edəcək
GOYEZEN.AZ saytı AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov martın 15-də saat 10:00-da Xidmətin Ağstafa rayon şöbəsinin inzibati binasında Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinlərini qəbul edəcək.

Qurumdan AZƏRTAC-a bildiriblər ki, qəbula yazılmaq istəyən vətəndaşların martın 13-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon, şəhər şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.



Facebook-da paylaş