Tədbirlər planı hazırlanıb » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq



Tədbirlər planı hazırlanıb

Tədbirlər planı hazırlanıb
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov 1 mart “Ümumdünya mülki müdafiə günü”nün keçirilməsi ilə bağlı 24 fevral 2017-ci il tarixli tədbirlər planını təsdiq edib.

Tədbirlər planında 1 mart 2017-ci il tarixdə rayonun idarə, müəssisə və təşkilatlarında 1 mart “Ümumdünya mülki müdafiə günü” ilə bağlı mülki müdafiənin rolu və vəzifələrini təbliğ edən tədbirlərin keçirilməsi qeyd edilib.

Əhalinin fəlakət riskinin qarşısının alınmasında xəbərdarlıq sirenalarının xüsusi rol oynadığını nəzərə alaraq sirenaların hazır vəziyyətdə saxlanması ilə bağlı tədbirlərin görülməsi, rayonun təhsil müəssisələrində birinci dərs saatı mülki müdafiənin rolu və vəzifələri barədə məlumatların tələbə və şagirdlərə çatdırılması, həmçinin ümumtəhsil müəssisələrində mülki müdafiə üzrə normativlərin yerinə yetirilməsi ilə bağlı məktəbdaxili yarışların keçirilməsinin təşkil edilməsi tövsiyə olunub.

Şəhər 2 saylı tam orta məktəbində nümunəvi mülki müdafiə gününün keçirilməsi, keçirilən tədbirin videolentə alınması və fotoşəkillərin çəkilməsinin təşkil edilməsi tapşırılıb.

1 mart “Ümumdünya mülki müdafiə günü” ilə əlaqədar Qazax Dövlət Rəsm Qalereyasında fövqəladə hadisələrlə bağlı rəsm müsabiqəsinin keçirilməsi də tədbirlər planında vurğulanıb.

Rayon mərkəzi xəstəxanasının tabeliyində olan tibb müəssisələrində fövqəladə hadisələrdə tibb xidmətinin fəaliyyəti ilə bağlı tədbirlərin keçirilməsinin təşkil edilməsi qeyd olunub. Qızıl Aypara Cəmiyyəti Qazax rayon bölməsi tərəfindən şəhər 2 saylı tam orta məktəbində ilkin tibbi yardım göstərilməsi işinin təşkil edilməsi də tədbirlər planında göstərilib.

1 mart “Ümumdünya mülki müdafiə günü” ilə bağlı keçirilən tədbirlərin “Göyəzən” rayon qəzetində işıqlandırılması tədbirlər planında öz əksini tapıb.

Rayonda keçirilən tədbirlər barəsində yekun məlumatın Gəncə Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinə göndərilməsi qeyd olunub.

Tədbirlər planında qeyd olunan bütün məsələlərlə bağlı aidiyyatı idarə və müəssisələrin rəhbərlərinə tapşırıqlar verilib.

GOYEZEN.AZ


Facebook-da paylaş