• Təqvim

  • Unutma

  • Maraq



Dövlət Gömrük Komitəsinin sədri Ağstafa şəhərində vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Ağstafa şəhərində vətəndaşları qəbul edəcək
GOYEZEN.AZ saytı AZƏRTAC-a istinadən xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev martın 2-də saat 10:00-da Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində (Hüseyn Arif küçəsi 1) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, qəbul zamanı bölgədə yerləşən Ağstafa, Tovuz, Qazax, Gədəbəy rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar martın 1-i saat 10:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlarqızı, əlaqə telefonu: (012) 404-22-00), Tovuz Gömrük İdarəsi (əlaqə telefonu: ((022) 315-01-54) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Dövlət Gömrük Komitəsi vətəndaşların işə qəbulla bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq bildirir ki, gömrük orqanlarına xidmətə qəbul “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010 tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları” əsasında test üsulu ilə həyata keçirilir. Qeyd edilən fərmana uyğun olaraq “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları gömrük orqanlarında xidmətə qəbul üçün Dövlət Gömrük Komitəsinin internet saytına müraciət edərək elektron şəkildə ərizə daxil etməklə, test imtahanlarında iştirak edə bilərlər.


Facebook-da paylaş