• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda qəbiristanlıqlarda iməcilik keçirilməsi artıq ənənə halını alıb


Bu gün böyük bir tikinti meydançasını xatırladan, ildən-ilə kənd təsərrüfatını inkişaf etdirən, sənaye obyektlərinin, istehsal müəssisələrinin sayını artıran Qazaxda demək olar ki, bütün sahələr diqqət mərkəzində saxlanılır. Rayonda həyata keçirilən və sakinlərin də böyük razılığına səbəb olan təqdirəlayiq işlərdən biri də qəbiristanlıqlarda aparılan iməciliklərdir. Rayonda istər bayram günlərində, istərsə də adi günlərdə qəbiristanlıqlarda iməciliklərin keçirilməsi artıq bir ənənə halını alıb.

Öz ənənəsinə sadiq qalan sakinlər bu həftə də şəhər və kənd qəbiristanlıqlarında olub, doğma və əzizlərinin uyuduqları məzarlıqlarda səliqə-sahman yaradıblar. Şənbə və bazar günlərində təşkil olunan iməciliklərdə qəbiristanlıqların içərisində və ətrafında təmizlik, abadlıq işləri aparılıb, ərazi iri otlardan, kol-kosdan təmizlənib, ehtiyac olan digər işlər görülüb. 

İməcilikdə elliklə iştirak edən rayon sakinləri bu cür savab işləri ilboyu davam etdirəcəklərini bildiriblər.












 

GOYEZEN.AZ



Facebook-da paylaş