Əhalinin pulsuz tibbi müayinəsi aparılır » Göyəzən internet portalı


Əhalinin pulsuz tibbi müayinəsi aparılır

Əhalinin pulsuz tibbi müayinəsi aparılır
Ölkə Prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən fevralın 15-dən etibarən Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da əhalinin pulsuz tibbi müayinəsinə başlanılıb.

Keçirilən müayinələrin yüksək səviyyədə təşkili üçün Qazax Müalicə Diaqnostika Mərkəzi lazımi avadanlıqlarla tam təchiz olunub və vətəndaşların rahatlığı üçün hər cür şərait yaradılıb.

Müəyinənin ilk günündən qrafikə uyğun tibbi müayinə təşkil edilib. Xəstəxanaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərmək məqsədilə həkimlərdən ibarət səyyar briqadalar yaradılıb.

Tibbi müayinənin davam etdiyi müddətdə rentgen, elektrokardioqrafiya, ultrasəs, stomatologiya və digər müayinə kabinetləri əhaliyə pulsuz tibbi xidmət göstərəcək.

Müayinələr əsasən terapevt, stomatoloq, kardioloq və ginekoloq həkimlər tərəfindən həyata keçirilir.

Mərkəzdən GOYEZEN.AZ saytına verilən məlumata görə müayinənin ilk günündə 875 nəfər rayon sakini tibbi müayinədən keçib.


Facebook-da paylaş