• Təqvim

  • Unutma

  • Maraq



“Multikultural dəyərlər və müasirlik” mövzusunda tədbir keçirilib

“Multikultural dəyərlər və müasirlik” mövzusunda tədbir keçirilib
Qazaxın Ağköynək və Xanlıqlar kənd tam orta məktəblərində “Multikultural dəyərlər və müasirlik” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə RİHB Aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov açıb və Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və multikultural dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncamların əhəmiyyətindən danışıb. Bildirib ki, maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə və multukultural dəyərlərin qorunması sahəsində aparılan işlərin yüksək səviyyəyə çatdırılmasıdır.

Tədbirdə çıxış edən Dini Qurumlar üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbəsinin müdiri Eldəniz Vəliyev, şöbənin məsləhətçisi Rasim Tağıyev, DTX-nin rayon şöbəsinin əməkdaşı Müşfiq Mürsəlov, Qazax rayon prokurorluğunun böyük müstəntiqi Zöhrab Səmədov, rayon Polis şöbəsinin bölmə rəisi Elçin Qasımov, RİHB Aparatında aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova, QMİ-nin Qərb bölgəsi üzrə qazisi İlham Süleymanov, Çaylı kənd məscidi dini icmasının sədri Sahilə Orucova, Ağköynək kənd orta məktəbin direktoru Səfurə Rəhimova, Xanlıqlar kənd İƏD üzrə nümayəndəsi Xasay Balayev və başqaları çıxış ediblər.

Sonda tədbir iştirakçıları və xüsusilə gənclərlə dialoq formasında maraqlı fikir mübadiləsi aparılıb.

GOYEZEN.AZ


Facebook-da paylaş