• Təqvim

  • Unutma

  • Maraq



“DOST İş Mərkəzi” MMC tərəfindən açılmış iş yerləri haqqında məlumat – YENİLƏNİB



Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda iş yerlərinin yaradılması üçün vacib amillərdən, vasitələrdən biri kimi özünüməşğulluq proqramının nümunə göstərilməsi bir daha sübut etdi ki, bu proqram ölkəmizdə uğurla icra olunur. Ölkə başçısının iclasdakı nitqində qeyd edildiyi kimi, Azərbaycanda özünüməşğulluq proqramının həm məşğulluq, həm iqtisadi inkişaf, həm də istehsal baxımından çox böyük gələcəyi var.

Artıq ötən yazılarımızda da ölkə Prezidenti İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin təşkil olunması barədə məlumat vermişdik. Hər kəsə yaxşı məlumdur ki, haqqı ödənilən ictimai işlərin sistemli və şəffaf şəkildə təşkili məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzdində "DOST İş Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti də yaradılıb.

Yeni yaradılmış həmin "DOST İş Mərkəzi" MMC-yə heç bir peşə hazırlığı və ixtisas tələb olunmayan işçilər tələb olunur. Bu işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. daxildir.

İctimai işlərə cəlb olunan vətəndaşlar Qazax rayon Məşğulluq Mərkəzində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslər arasından müəyyən edilir.

Məlumat üçün qeyd edək ki, Qazax rayonu üzrə "DOST İş Mərkəzi” MMC tərəfindən 420 yeni iş yeri açılmışdır. Hazırda 404 nəfər işlə təmin olunmuşdur. Əmək haqqı 180 manatdır. İşə qəbul zamanı vətəndaşlarla əmək müqaviləsi bağlanır və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir, işçinin sosial müdafiə hüquqları təmin edilir.

Məşğulluq Mərkəzinə SOCAR şirkəti tərəfindən 90, Qazax Elektrik Şəbəkəsi tərəfindən isə 55 boş iş yeri təqdim edilmişdir. Artıq həmi iş yerlərinə Məşğulluq Mərkəzi tərəfindən işsiz və işaxtaran vətəndaşlara işə göndəriş vərəqələri verilmişdir.

Maraqlanan vətəndaşlar Qazax rayon Məşğulluq Mərkəzinə müraciət edə bilərlər.

Əlaqə telefonu: (022) 295 - 12 - 53

GOYEZEN.AZ



Facebook-da paylaş