• Təqvim

  • Unutma

  • Maraq



Səyyar “ASAN qatar”ın xidmətindən vətəndaşlar razılıq edirlər

Səyyar “ASAN qatar”ın xidmətindən vətəndaşlar razılıq edirlər
Yanvar ayının 27-də Səyyar “ASAN qatar” respublikamızda ilk dəfə olaraq Qazax rayonuna gəlmişdir. Fevral ayının 1-dən etibarən rayon vətəndaşlarına xidmət göstərməyə başlayıb.
Səyyar “ASAN qatar”ın xidmətindən vətəndaşlar razılıq edirlər
Göstərilən xidmətin dairəsi çox əhatəli və genişdir. Burada notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, tibb xidmətləri və Azərbaycan Dəmir Yolları ASC–nin bilet satışının həyata keçirilməsi ilə bağlı xidmətlər göstərilir.
Səyyar “ASAN qatar”ın xidmətindən vətəndaşlar razılıq edirlər
Elə ilk gündən başlayaraq rayon sakinləri yuxarıda göstərilən sahələr üzrə xidmətin fəaliyyətindən istifadə etməyə başlayıblar. Bunu xidmətə müraciət edən vətəndaşların sayından da aydın görmək olar.
Səyyar “ASAN qatar”ın xidmətindən vətəndaşlar razılıq edirlər
Xidmətdən GOYEZEN.AZ saytına verilən məlumata görə fevral ayının 1-dən 4-dək, yəni 3 gün ərzində 1123 nəfər vətəndaş xidmətin fəaliyyətindən yararlanıbdır. Şəffaf şəraitdə göstərilən xidmətdən əhali çox razılıq edir. Elə bunun nəticəsidir ki, gün ərzində yüzlərlə vətəndaş səyyar xidmətə müraciət edirlər.
Səyyar “ASAN qatar”ın xidmətindən vətəndaşlar razılıq edirlər
Bütün bunlara görə vətəndaşlar ölkə başçısı İlham Əliyev cənablarına və onlar üçün yaradılmış şəraitə görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirirlər.

Səyyar “ASAN qatar”ın xidmətindən vətəndaşlar razılıq edirlər
Səyyar “ASAN qatar”ın xidmətindən vətəndaşlar razılıq edirlər
Səyyar “ASAN qatar”ın xidmətindən vətəndaşlar razılıq edirlər
Səyyar “ASAN qatar”ın xidmətindən vətəndaşlar razılıq edirlər


Facebook-da paylaş