Qazaxda turizm startapları və sahibkarlıq mövzularında təlim keçirilib
Ötən yazılarımızda xəbər
verdiyimiz kimi, Avropa İttifaqının sifarişi əsasında Almaniya Beynəlxalq
Əməkdaşlıq Cəmiyyəti (GİZ GmbH), Gəncə-Qazax İqtisadi Rayonunda Yerli və
Regional İnkişafa Dəstək” layihəsini 2016-cı il dekabr ayında bağlanmış qrant
sazişinə əsasən icra edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
layihənin əlaqələndiricisi, Dövlət Turizm Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi
və Ədliyyə Nazirliyi isə layihənin tərəfdaşlarıdır. Sevindirici haldır ki,
həmin layihə çərçivəsində pilot olaraq Qazax rayonunun "Rayon İnkişaf
Planı”nın hazırlanması da nəzərdə tutulub. Bununla bağlı layihənin hazırlanması
üçün ilkin olaraq danışıqların aparılması məqsədilə nümayəndə heyəti Qazaxda
olub, aidiyyəti şəxslərlə görüş keçirib. Layihə çərçivəsində ilk
dəfə 4-6 dekabr 2018-ci il tarixlərində Qazax rayonunun diaqnostik
qiymətləndirməsinə dair 3 günlük, 2019-cu il 15-17 yanvar tarixlərində isə
rayonun planlaşdırılmasına dair seminarlar təşkil olunub. Bu gün isə layihə
çərçivəsində turizm startapları və sahibkarlıq mövzularında təlim keçirilib. Qazax Olimpiya İdman Kompleksində
keçirilən təlimdə Qazax RİHB aparatında sosial-iqtisadi inkişafın təhlili və
proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, şöbənin baş məsləhətçisi
Kamil Mehdiyev, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş
məsləhətçisi Sərdar Orucov, "Qabus Consulting” MMC-nin təlimkoordinatoru Fariz Ələkbərov və təlimçi Cavid Cəbiyev, RİHB-nin kənd İƏD-si üzrə
nümayəndələri, bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən ticarət obyektlərinin
rəhbərləri iştirak ediblər. Təlimə ümumilikdə 25 nəfər qatılıb. Qazax RİHB aparatında sosial-iqtisadi inkişafın təhlili
və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov giriş sözü ilə
çıxış edərək qonaqları salamlayıb, həyata keçirilən layihənin və təlimin əhəmiyyətindən
danışaraq keçirilən təlimin rayonun sosial-iqtisadi inkişafında böyük əhəmiyyət
kəsb edəcəyini qeyd edib. Turizm və sahibkarlıq sahəsi ilə bağlı bu cür təlimlərin
təşkil olunmasının bu sahədə çalışan rayon sakinləri üçün əsl töhfə olduğunu
bildirib, təlim iştirakçılarına uğurlar arzulayıb. "Qabus Consulting” MMC-nin
təlim koordinatoru Fariz Ələkbərov çıxış edərək təlim iştirakçılarını
salamlayıb, layihənin, eləcə də seminar və təlimlərin yüksək səviyyədə təşkil
olunmasına görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Təlimçi Cavid Cəbiyev çıxış
edərək əvvəlcə təlim qaydaları və rollar, gözləntilərin müəyyən edilməsi və
öyrənmə hədəflərinin təyin edilməsi, təlim qrafiki və əhatə dairəsi, komanda
işi barədə ətraflı məlumat verib. İlkin test aparıldıqdan
sonra turizmə dair əsas anlayışlar mövzusunu əhatə edən məsələlər müzakirə
olunub. Turizmi şərtləndirən əsas və köməkçi amillər, nümunə təhlili, komanda
işi, nümayiş və müzakirələr haqqında geniş izahatlar verilib. Sonra turizm
xidmətləri, turizm dəyər zəncirində əsas və yardımçı xidmət təminatçıları, qonaqpərvərlik
və turizm sənayesində yerli biznesə başlamaq, yerli turizm şirkətinin idarə
olunması və fəaliyyəti mövzularında da maraqlı söhbətlər aparılıb. Maraqlı diskusiya
şəraitində keçən təlimdə pulun turizm dəyər zəncirində hərəkəti, turizm
xidmətlərinin göstərilməsi, nümunə təhlili, komanda işi, nümayiş və müzakirələrlə
bağlı məsələlər də müzakirə olunub. Bundan əlavə, turizm məhsullarının və
xidmətlərinin satış və marketinqinin aparılması, turizm sahəsində SWOT analizin
aparılması, səyahət agentliyinin funksiyaları və xidmətləriş, yerli turizm
şirkəti və ya turizm agentliyi açarkən nəzərə alınmalı olan məsələlər barədə də
geniş şəkildə məlumatlar verilib. Qeyd olunan bütün məsələlər komanda işi
olaraq təşkil olunub və sual-cavab formasında aparılıb. GOYEZEN.AZ
Facebook-da paylaş