Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan olunur
Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyinə sıravi və kiçik rəis heyətinə,
gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan
olunur. Müsabiqədə
həqiqi hərbi xidmət keçmiş, yaşı 30-dək, boyu 170 sm və yuxarı olan, tam orta,
orta-ixtisas və müvafiq ali təhsilli, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə
haqqında" Azərbaycan Respublikasının Qanunu və "Hərbi vəzifə və hərbi
xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş şərtlərə
cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. 16 aprel
2019-cu il tarixdə saat 9:00-da Gəncə şəhərində, Nazirliyin Gəncə Regional Mərkəzinin
binasında keçiriləcək müsabiqəyə qeyd olunan tələblərə cavab verən Gəncə şəhərinin, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonlarının sakinləri, həmçinin, həmin şəhər və rayonlarda məskunlaşmış
məcburi köçkünlər dəvət olunurlar. Müsabiqədə iştirak etmək üçün
müraciət edən vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər: - şəxsiyyət vəsiqəsi; - hərbi bilet; - sağlamlıq haqqında arayış Forma № 086; - Vərəm Əleyhinə Dispanserdən arayış; - Dəri-Zövrəvi Dispanserdən arayış; - Ruhi Əsəb Xəstəlikləri Dispanserindən arayış; - Narkoloji Dispanserdən arayış. GOYEZEN.AZ
Facebook-da paylaş