• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda aztəminatlı ailələrə bayram sovqatı paylanılıb


Özündə ümumbəşəri dəyərləri, xalqımızın çoxəsrlik ənənələrini, milli-mənəvi irsə bağlılığını tərənnüm etdirən Novruz bayramı respublikamızın bütün bölgələrində olduğu kimi, Qazaxda da yüksək əhval-ruhiyyə ilə qeyd olunur. Bahar fəslinin carçısı olan Novruz şənliklərinin hər il ölkə səviyyəsində təntənəli şəkildə keçirilməsi isə gündən-günə çiçəklənən ölkəmizdə xalqımızın öz ənənələrinə sadiqliyini nümayiş etdirir.

Qazax rayonunda əhalinin qayğıya ehtiyacı olan təbəqəsinə bütün bayramlarda, əlamətdar günlərdə diqqət göstərilməsi, onların xoş sözlərlə, qiymətli hədiyyələrlə sevindirilməsi isə artıq bir ənənə halını alıb. Bütün bayramlarda olduğu kimi, Novruz bayramında da Qazax Rayon İcra Hakimiyyəti tərəfindən rayonun şəhər və kəndlərində yaşayan şəhid ailələrinə,əlillərə, aztəminatlı ailələrə, ümumilikdə 1050 ailəyə bayram sovqatları paylanılıb.

Diqqət və qayğıdan, mənəvi dəstəkdən razı qalan aztəminatlılar əziz gündə adlarının anılmasına, bayram süfrələrinin ruzili olmasına görə ölkə başçısına və rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

GOYEZEN.AZ



Facebook-da paylaş