• Təqvim

  • Unutma

  • Maraq



Qazax Sement Zavodunun tələbinə əsasən zavodda çalışan podratçı şirkətlər işçilərin qəbulu zamanı yerli əhaliyə üstünlük verir


Yerli  əhalini işlə təmin etmək məqsədilə Qazax Sement Zavodunun tələbinə əsasən zavodda çalışan podratçı şirkətlər işçilərin qəbulu zamanı yerli əhaliyə üstünlük verirlər.

Qazax Sement Zavodunun planlı təmiri və quraşdırma işlərində çalışan podratçı şirkətlər işlərin yerinə yetirilməsi üçün 50–dək yerli işsiz əhalini zavodda bir neçə aylıq davam edəcək işlərə cəlb etmişdir. Təmir və quraşdırma işləri müddətində yerli işçilərin zavoda gediş-gəlişi şirkət tərəfindən xüsusi ayrılmış nəqliyyat vasitələri ilə həyata keçiriləcək, eyni zamanda işçilər iş prosesində təhlükəsizlik qaydaları ilə təlimatlandırıldıqdan sonra xüsusi işçi geyimləri ilə də təmin olunacaqlar.



GOYEZEN.AZ



Facebook-da paylaş