Qarşıda mühüm vəzifələr durur » Göyəzən internet portalı


Qarşıda mühüm vəzifələr durur

Qarşıda mühüm vəzifələr durur
Orta Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Südabə Alıyeva məruzə ilə çıxış edərək hesabat ilində görülmüş işlərdən söz açaraq bildirib ki, ötən il kənd sakinlərinin yaddaşında kəndə içməli suyun çəkilməsi ilə yadda qalmışdır. Belə ki, rayon rəhbərliyinin köməkliyi ilə Qazaxbəyli kəndinin girişinə su xətti çəkilmiş, yüz illərdən bəri yaranmış problem öz müsbət həllini tapmışdır. Bu münasibətlə Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova bütün kənd sakinləri adından öz dərin minnətdarlığımı bildirirəm.
Qarşıda mühüm vəzifələr durur
Bundan başqa kənd ərazisində qazılmış, lakin istifadəyə verilməyən 1 ədəd subartezian quyusu balansa alınaraq istifadəyə verilmiş, kənddəki 3 ədəd su drenajı təmizlənmişdir. Uşaq bağçasında təmir işləri aparılmışdır. Kənd sakinlərinin elektrik enerjisinə olan təlabatının yaxşılaşdırılması məqsədilə istifadə müddətini bitirmiş elektrik dayaqları və naqilləri yenisi ilə əvəz olunaraq SİP kabel çəkilməsi işlərinə başlanılmışdır.

Kəndin ərazisində, qəbiristanlıqlarda və Bakı-Qazax magistral yolunun kəndin ərazisindən keçən hissəsində iməclik yolu ilə təmizlik işləri aparılmışdır.

Nümayəndəlik 2 kəndi – Orta Salahlı və Qazaxbəyli kəndlərini əhatə edir. Kənddə 828 təsərrüfat, 3068 nəfər əhali vardır. Ərazimizdə bələdiyyə, diyarşünaslıq evi, poçt-rabitə şöbəsi, EATS, 2 tam orta məktəb, 2 kitabxana və 2 həkim məntəqəsi fəaliyyət göstərir.
Qarşıda mühüm vəzifələr durur
Hesabat dövründə ən başlıca amillərdən biri də odur ki, kənd sakinlərinin torpağa olan münasibəti müsbət tərəfə dəyişmiş, yüksək məhsul istehsalına maraq artmışdır. Bunun nəticəsidir ki, ötən il 490 hektar sahədə taxıl biçini optimal müddətdə başa çatdırılmış, 1500 ton məhsul əldə edilmişdir.

2017-ci ilin məhsulu üçün 770 hektar sahədə taxıl əkini aparılmışdır ki, bu da ötən ildəkindən xeyli çoxdur. Bununla yanaşı 25 hektar sahədə şəkər çuğunduru, 2 hektarda tütün əkilməsi və 200 kq barama istehsal olunması nəzərdə tutulmuşdur. Cari ildə barama istehsalı üçün Orta Salahlı kəndi ərazisində 1000 ədəd tut ağacı tingləri əkilmişdir.
Qarşıda mühüm vəzifələr durur
Dövlət başçısının “Kənd təsərrüfatı istehsalçılarına Dövlət Dəstəyi”nə dair sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar kənd təsərrüfatı ilə məşğul olan 527 nəfərə 55893 manat subsidiya ödənilmişdir.

Kənd sakinlərindən Gözəl Allahverdiyeva, Sabir Məhəmmədov, İmran Salmanov, Murad Mehdiyev çıxış edərək onlara göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Qarşıda mühüm vəzifələr durur
Tədbirdə 2017-ci ildə qarşıda duran vəzifələr müzakirə olunub. Hesabat yığıncağında RİHB Aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl, aparatın məsul işçiləri Qərib Bayramov, Kəmalə Cəfərova və Teybə Hüseynova iştirak etmişlər.

GOYEZEN.AZ


Facebook-da paylaş