Qazaxda Beynəlxalq Qadınlar Günündə uzunömürlü analar da yad edilib
8 Mart – Beynəlxalq Qadınlar Günü respublikamızın hər yerində olduğu kimi,
Qazax rayonunda da böyük təntənə ilə qeyd olunub. Rayon İcra
Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun ictimai-siyasi həyatında
fəal iştirak edən bir qrup qadına icra başçısının Fəxri Fərmanı, hədiyyələr və
gül dəstələri təqdim edilib. Qazaxda yaşayan uzunömürlü insanların sayı da kifayət qədərdir. Rayon
rəhbərliyinin tapşırığına əsasən ömrünün ahıl çağlarını yaşayan həmin uzunömürlü
analar da 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə yad edilib, hədiyyələr verilib. Bayram münasibətilə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd
Orucov, aparıcı
məsləhətçi-psixoloq Kəmalə Cəfərova və Azərbaycan Rəssamlar İttifaqının üzvü,
gənc rəssam Akif Əmirov rayonun Kəmərli, Aşağı Salahı, Daş Salahlı, Çaylı, Aslanbəyli kəndlərində
həmin yaşlı anaların evlərində qonaq olub, onlara baş çəkib, əlamətdar gün münasibətilə təbrik ediblər. Nurani qadınlara Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun səmimi
salamlarını və bayram təbriklərini çatdırıblar. İcra başçısının rayonda ömrünün
ahıl çağlarını yaşayan insanlara olan səmimi münasibətindən, göstərdiyi
qayğıdan danışıb, onların daim diqqət mərkəzində saxlanıldıqlarını bildiriblər.
Qeyd ediblər ki, rayon rəhbərliyinin tapşırığına əsasən sizlərə baş çəkməyə
gəlmişik. Qonaqları səmimi qarşılayan 111 yaşlı Səyalı Nəbiyeva, 106 yaşlı Səkinə Mirzəyeva,
102 yaşlı sakinlərdən Lilpar Həsənova, Qaratel Bənnayeva, 100 yaşlı Xalsa
İbrahimova və ailə üzvləri onları salamlayıb, rayon rəhbərliyindən razı
qaldıqlarını bildiriblər. Qeyd ediblər ki, ömrünün ahıl çağlarını yaşayan bizim
kimi insanları axtarmağınız, bizimlə yaxından maraqlanmağınız, diqqət və qayğı göstərməyiniz
bizi çox sevindirir. Bizim evimizdə olduğunuza və bizə diqqət ayırıb
bayramımızı təbrikə gəldiyinizə görə ailəmiz adından icra başçısına öz dərin
minnətdarlığımızı bildiririk. Qoy bizim kimi ahıl çağlarını yaşayan insanları
yada saldığına görə Uca Yaradan da onu hifz etsin. Allah ona və sizə gələcək
işlərinizdə yardımçı olsun. Səmimi və bayram əhval-ruhiyyəli görüşün sonunda qonaqlar xatirə şəkli
çəkdiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş