• Təqvim

  • Unutma

  • Maraq



Kosalar kəndi hesabat verdi

Kosalar kəndi hesabat verdi
Bu gün Kosalar kənd İƏD üzrə nümayəndəliyinin 2016-cı ildə gördüyü işlər barədə hesabat yığıncağı keçirilib. Yığıncaqda ötən il ərzində görülən işlər barədə məlumat verilib, bu il həyata keçiriləcək işlər müzakirə olunub.

Hesabat yığıncaqlarında rayon İcra Hakimiyyəti Başçısının müavini, şura üzvləri, aparatın şöbə müdirləri və məsul işçiləri iştirak ediblər.

Kosalar kənd İƏD üzrə nümayəndəsi Ramiz Əsədov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2016-cı ildə respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da geniş tikinti-abadlıq işləri həyata keçirilib.

Qeyd edib ki, kəndin 1130 təsərrüfatı, 4464 nəfər əhalisi vardır. Nümayəndəliyin ərazisində 1 bələdiyyə, 1 tam orta məktəb, 1 mədəniyyət evi, 1 kitabxana, 1 həkim məntəqəsi, 3 bağça, 1 poçt şöbəsi, 1 EATS fəaliyyət göstərir.

Hesabat dövründə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov 16 dəfə kəndimizdə görüş keçirmiş, kənd sakinlərini narahat edən problemlərə yerindəcə tanış olaraq aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Hesabat ilində Kosalar kəndində bir sıra işlər görülmüşdür. Belə ki, kəndi rayon mərkəzi ilə birləşdirən, uzunluğu 10 km olan Qazax–Kosalar yolunda əsaslı təmir işləri aparılaraq istifadəyə verilmişdir. Ən böyük sevindirici hal odur ki, yeni yolun açılışında möhtərəm cənab Prezident iştirak etmişdir. Görülən bu işə görə Ölkə Başçısı İlham Əliyevə və rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova kənd sakinləri adından öz dərin minnətdarlığımızı bildiririk.

Bundan əlavə kənd sakinlərinin suvarma suyuna olan tələbatını yaxşılaşdırmaq üçün kənddə 2 subartezian quyusu qazılmış, 5 km kəndarası yollara qum-çınqıl döşənmiş, 90 ədəd istifadə müddətini bitirmiş elektrik dirəkləri və 1000 metr elektrik naqilləri yenisi ilə əvəz olunmuş, kənddəki 3 saylı uşaq bağçası əsaslı təmir edilmişdir.

Hesabat ilində kəndə elektrik enerjisi və təbii qaz yanacağının verilməsi fasiləsiz olmuşdur. Hesabat ilində kənd təsərrüfatı sahəsində də xeyli işlər görülmüşdür.

2016-cı ilin məhsulu üçün kənd əhalisi 192 hektarda payızlıq taxıl, 20 hektarda qarğıdalı, 305 hektarda yonca, 5 hektarda bostan, 45 hektarda tərəvəz, 35 hektarda kartof, 3 hektarda isə üzüm əkib becərmişdir. 2017-ci ilin məhsulu üçün 230 hektar taxıl səpilmişdir ki, bu da ötən illə müqayisədə 38 hektar çoxdur.

Ötən il sahələrdən yüksək nəticə əldə edilmişdir. Belə ki, 9180 sentner taxıl, 840 sentner qarğıdalı, 10200 sentner tərəvəz, 3500 sentner kartof, 710 sentner bostan məhsulları yığılmışdır. Kənd təsərrüfatı bitkiləri əkən 544 nəfərə yanacaq və sürkü yağlarına görə 32910 manat subsidiya ödənmişdir.

2016-cı ildə əhali və fermer təsərrüfatlarında 1472 baş iribuynuzlu mal-qara, 4565 baş xırdabuynuzlu qoyun-keçi qeydiyyata alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qarada 18 baş, xırdabuynuzlularda isə 61 baş artım olmuşdur.
Hesabat ilində kənddə baramaçılığın inkişaf etdirilməsi məqsədilə 1000 ədəd tut tingləri basdırılmışdır.
Kosalar kəndi hesabat verdi
Sonra çıxışlar olub. Kənd sakinlərindən Tarıyel Nəsibov çıxış edərək kənddəki idman zalının təmirə ehtiyacı olduğunu, Cavanşir Rüstəmov kənd məktəbinin əsaslı təmir olunmasını, Çərkəz Nəsibov isə telefon xətlərinin yararsız halda olduğunu bildiriblər.

Hesabat yığıncağında rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova, RİHB Aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə şöbəsinin müdiri Məmməd Alıyev çıxış edərək hesabat ilində görülən işlərin qənaətbəxş olduğunu bildirib, həm kənd icra nümayəndəliyinin kollektivinə, həm də kənd sakinlərinə 2017-ci ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsində uğurlar arzulayıblar.

Elçin İSMAYIL


Facebook-da paylaş