Nazirlər Kabineti 2019-cu ilin Novruz, Ramazan və Qurban bayramları ilə bağlı Sərəncam qəbul edib
GOYEZEN.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dekabrın 19-da Azərbaycan Respublikasının Nazirlər
Kabineti 2019-cu ilin Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən
edilməsi haqqında Sərəncam qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki,
Baş nazir Novruz Məmmədovun imzaladığı Sərəncamda deyilir: "Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli Fərmanının
2-ci hissəsinə əsasən, 2019-cu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı,
iyunun 5, 6–sı Ramazan bayramı, avqustun 12, 13-ü Qurban bayramı günləri
müəyyən edilərək, qeyri-iş günü hesab olunsun”.
Facebook-da paylaş