• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda ulu öndərin xatirəsi qədirbilənliklə yad edilib

Qazaxda ulu öndərin xatirəsi qədirbilənliklə yad edilib
Ulu öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə bağlı Qazax rayonunda da anım mərasimi keçirilmişdir.
Mərasim ümummilli lider Heydər Əliyevin abidəsini ziyarətlə başlamışdır.
Rayon rəhbərliyi, hərbi hissələrin əsgər və zabit heyəti, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların əməkdaşları, ictimaiyyətin nümayəndələri mərasimdə iştirak etmişlər.
Tədbir iştirakçıları ulu öndərin abidəsi önünə çiçək dəstələri qoymuş, əziz xatirəsini ehtiramla yad etmişlər.
"Bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”, - deyən ümummilli liderimizin ən başlıca keyfiyyəti xalqımıza ürəkdən bağlılığı, milli ideyanı yaşadıb inkişaf etdirməsi idi.
Çox illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları öz müdrikliyi və sarsılmaz mətinliyi sayəsində ölkəmizin gələcəyini təmin etmiş bu dahi şəxsiyyəti heç zaman unutmayacaqlar.
Əsası Heydər Əliyev tərəfindən qoyulmuş bu inkişaf strategiyası bu gün də ölkəmizdə uğurla davam etdirilir.
Bu siyasəti son 13 ildə davam etdirən Prezident İlham Əliyev milli ənənələri və regionda baş verən geosiyasi prosesləri nəzərə alaraq, Azərbaycanı demokratik dəyərlərin qorunub saxlanıldığı məkana çevirmişdir.
XX əsrin 90-cı illərində Azərbaycanın dəf etdiyi çətin, lakin şərəfli yol yalnız ulu öndər Heydər Əliyevin fəaliyyəti sayəsində tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərindən bəri möhtəşəm uğurları da ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin yeritdiyi siyasətin parlaq təzahürüdür.
Hamlet QASIMOV,
"Xalq qəzeti”nin bölgə müxbiri
15 dekabr 2016-cı il


Facebook-da paylaş