Qazaxda əmək yarmarkası keçirilib
Ölkə Prezidenti
İlham Əliyevin tapşırığına əsasən əhalini işlə təmin etmək məqsədilə respublikamızda
mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Rayonumuzda məşğulluq səviyyəsinin yüksəldilməsi və işsizliyin
azaldılması məqsədilə ilə keçirilən əmək yarmarkaları hər il olduğu kimi bu il də davam
etdirilib. Bu cür yarmarkaların təşkil olunması demək olar ki, artıq ənənə
halını alıb.
Respublika
Prezidenti İlham Əliyevin 15 noyabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq
olunmuş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi
üzrə Dövlət Proqramı”nda işsizlər üçün yeni məsləhət xidmətlərinin həyata
keçirilməsi, əmək birjalarının fəaliyyətinin təkmilləşdirilməsi, əmək
yarmarkalarının keçirilməsi öz əksini tapır. "Dövlət Proqramı”nın icrası məqsədilə
Qazax Rayon İcra Hakimiyyəti başçısının 29 dekabr 2017-ci il tarixli, 9-21/191
nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2018-ci il üçün Ərazi Məşğulluq
Proqramında da əmək yarmarkasının keçirilməsi nəzərdə tutulmuşdur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin və rayon Məşğulluq Mərkəzinin
birgə təşkilatçılığı ilə həmin proqrama uyğun olaraq əmək yarmarkası təşkil
olunmuşdur.
RİHB aparatında Sosial-iqtisadi inkişafın təhlili və
proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov çıxış edərək dövlət tərəfindən əhalinin sosial rifah halının yaxşılaşdırılması
istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda açılmış yeni iş yerlərindən
söz açıb. Qeyd edib ki, Qazax Rayon İcra Hakimiyyəti başçısının qəbulunda 2016-cı
ildə 539, 2017-ci ildə 653, 2018-ci ilin 9 ayı üzrə 455, eyni zamanda, cari ildə
fərdi qəbul zamanı 177 nəfər rayon sakini işlə bağlı müraciət etmişdir. Müraciət
etmiş həmin sakinlər əhalinin məşğulluğunun və maddi rifah halının
yaxşılaşdırılması məqsədilə təşkil olunmuş yarmarkaya cəlb olunmuşdur.
Məşğulluq Mərkəzində
təşkil olunan əmək yarmarkasına rayon ərazisində
fəaliyyət göstərən 25 idarə, müəssisə və təşkilatdan 415 boş iş yeri çıxarılmışdır. Təşkilatlardan 17-si dövlət, 8-i qeyri-dövlətdir.
17 dövlət təşkilatı əmək yarmarkasına 225, 8 qeyri-dövlət təşkilatı isə 190 boş
iş yeri təqdim etmişdir.
Yarmarkada 203
nəfər iştirak etmişdir ki, onların da 22 nəfərinə işə göndəriş verilmişdir.
GOYEZEN.AZ
Facebook-da paylaş