Səyyar "ASAN qatar” Qazaxda 3367 nəfərə xidmət göstərib
Məlumat
verdiyimiz kimi, Prezident İlham Əliyevin tapşırığı əsasında "ASAN xidmət”
mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin
edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş Səyyar "ASAN
qatar” 3-27 sentyabr tarixlərində Qazax şəhəri, Ə.Qədirov küçəsi 3 (Qazax
Dəmiryol Stansiyası) ünvanında rayon sakinlərinə səyyar formada xidmət göstərib. Ötən 25 gün
müddətində rayonumuzda müraciət etmiş 3426 nəfərdən 3367 nəfəri Səyyar
"ASAN qatar”ın fəaliyyətindən yararlanıb. Sevindirici haldır ki, Səyyar "ASAN qatar” fəaliyyəti dövründə
böyüməkdə olan körpələrimizi də sevindiriblər. Belə ki, rayonun Daş
Salahlı kənd 1 və 3 saylı körpələr evi-uşaq bağçaları, eləcə də 2 saylı uşaq
bağçası, Dəmirçilər kənd körpələr evi-uşaq bağçası, Qazaxbəyli kəndi ərazisində
məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd
körpələr evi-uşaq bağçası, Aşağı Salahlı kənd körpələr evi-uşaq bağçası,
Qazaxbəyli kənd uşaq bağçası, Kosalar kənd 1 və 2 saylı körpələr evi-uşaq
bağçaları, Kosalar kənd 3 saylı uşaq bağçası, Hüseynbəyli kənd uşaq bağçası və
Canalı kənd uşaq bağçasında tərbiyə alan uşaqlara xidmət göstərilib. Ümumilikdə,
12 uşaq bağçasından 134 uşağa ödənişsiz şəxsiyyət vəsiqələri təqdim olunub. Respublika
Prezidenti İlham Əliyev tərəfindən dövlət xidmətlərinin vətəndaşlar üçün daha
rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etmək və region
sakinlərinin məmnunluğuna nail olmaq məqsədilə təşkil olunmuş bu aksiyanı
istər rayon sakinləri, istər bağça müəllimləri, istərsə də valideynlər yüksək
qiymətləndiriblər. Onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə ölkə
başçısına, Səyyar "ASAN qatar”ın nümayəndələrinə dərin minnətdarlıqlarını
bildiriblər. GOYEZEN.AZ
Facebook-da paylaş