• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda qəbiristanlıqlarda iməcilik keçirilib


Genişmiqyaslı tikinti-quruculuq işlərinin geniş vüsət aldığı Qazax rayonunda şəhər və kənd qəbiristanlıqlarında iməciliklərin keçirilməsi də artıq bir ənənə halını alıb.

Rayon sakinləri istər bayram ərəfələrində, istərsə də adi günlərdə iməcilik keçirirlər.

Bu gün də şəhər və rayonun bütün kənd qəbiristanlıqlarında iməclik keçirilib. Keçirilən ümumrayon iməciliyində qəbiristanlıqların içərisində və ətrafında təmizlik-abadlıq işləri aparılıb, səliqə-sahman yaradılıb. Ərazi iri otlardan, kol-kosdan təmizlənib, ehtiyac olan yerlərdə isə qəbiristanlıqların ətrafına yeni dəmir torlar çəkilib. 

Doğma və əzizlərinin uyuduqları məzarlıqlarda səliqə-sahman yaradan rayon sakinləri bu cür savab işləri ilboyu davam etdirəcəklərini bildiriblər.

Məlumat üçün qeyd edək ki, bu gün səhər saatlarından başlayan iməcilik bazar günü də davam edəcəkdir.




































GOYEZEN.AZ

 



Facebook-da paylaş