• Təqvim

  • Unutma

  • Maraq



Sakinlərə dəymiş ziyan aradan qaldırılıb

Sakinlərə dəymiş ziyan aradan qaldırılıb
İyulun 14-də axşam saatlarında baş vermiş güclü leysan yağışları nəticəsində respublikamızın hər yerində olduğu kimi, Qazax rayonu ərazisində də vətəndaşlara məxsus fərdi yaşayış evlərinin zirzəmi mərtəbəsinə, həyətyanı sahələrə, bağlara və Qazax şəhərinin parklarına, Uşaq Əyləncə Mərkəzinə sel suları dolmuş, küçə və yolları sel suları yuyaraq yararsız hala salmış, kanalizasiya xətlərini sel suları doldurmuş, elektrik xətlərində yaranmış qüsurlar nəticəsində elektrik verilişində fasilələr yaranmış, Qazax şəhərində 6 ədəd iri ağac yıxılmış, şəhər təsərrüfatına ziyan dəymişdir. Ümumilikdə, yaranmış təbii fəlakət zamanı 9 nəfər sakin zərər çəkmişdir.

Güclü leysan yağışları nəticəsində şəhərin Ş.Xiyabani, Azadlıq, Ə.Qədirov, N.Nərimanov yaşayış massivi, Ağköynək kəndində məskunlaşmış Məzəm, Quşçu Ayrım və Birinci Şıxlı kənd sakinləri olan mülki vətəndaşların yaşadıqları evlərə ziyan dəymişdir. Yaşayış evlərinə və həyətlərə sel suları dolaraq evləri yararsız hala salmışdır.

Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev və RİHB Aparatında sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, RİHB Aparatının məsul işçiləri, rayon fövqəladə hallar komissiyasının üzvləri baş vermiş hadisə ilə bağlı zərər dəymiş hər bir ünvanda olublar.

Qazax Rayon İcra Hakimiyyəti tərəfindən təzə alınmış 4 ədəd su nasosları vasitəsilə fərdi yaşayış evlərinin zirzəmi mərtəbəsinə və həyətlərə dolmuş sel sularının çıxardılması komissiya tərəfindən təşkil edilmiş, evlərə dolmuş sular çəkilib çıxardılmış və hadisənin nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilmişdir.

Sakinlərə dəymiş ziyan aradan qaldırılıb
Sakinlərə dəymiş ziyan aradan qaldırılıb
Sakinlərə dəymiş ziyan aradan qaldırılıb
Sakinlərə dəymiş ziyan aradan qaldırılıb
Sakinlərə dəymiş ziyan aradan qaldırılıb
Sakinlərə dəymiş ziyan aradan qaldırılıb
Sakinlərə dəymiş ziyan aradan qaldırılıb
Sakinlərə dəymiş ziyan aradan qaldırılıb
Sakinlərə dəymiş ziyan aradan qaldırılıb
GOYEZEN.AZ


Facebook-da paylaş