“ASAN xidmət”in fəaliyyətindən 2965 nəfər yararlanıb - » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq



“ASAN xidmət”in fəaliyyətindən 2965 nəfər yararlanıb - Qazaxda

“ASAN xidmət”in fəaliyyətindən 2965 nəfər yararlanıb -
Məlumat verdiyimiz kimi, “ASAN xidmət” 30 may tarixindən etibarən Qazaxda fəaliyyətə başlayıb. “Ehtiyat Səyyar ASAN 2 xidməti"n nümayəndələri texnika ilə təchiz olunmuş xüsusi avtobusla əhaliyə səyyar xidmətlərin göstərilməsi məqsədilə rayonumuza gəliblər. Vətəndaşlara səyyar xidmət Qazax şəhəri, Ş.Xiyabanı küçəsi 12 ünvanında (mərkəzi poçtla üzbəüz) göstərilir.

Dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmaq məqsədilə təşkil olunmuş “Səyyar xidmət”də rayon sakinlərinə yüksək səviyyədə xidmət göstərilir.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunur.

Bu xidmətlərə azərpoçta dövlət rüsumlarının ödənilməsi, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti və digər funksional yardımçı xidmətlər daxildir.

Xidmətin qrup rəhbəri Elmar Ələsgərov GOYEZEN.AZ saytına bildirib ki, bu günə kimi 2965 nəfər xidmətin fəaliyyətindən yararlanıb.

Məlumat üçün bildirək ki, "Ehtiyat Səyyar ASAN 2 xidmət"i 2018-ci il iyunun 28-dək vətəndaşlara xidmət göstərəcək.

Səyyar "ASAN xidmət" avtobuslarında sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. Hazır sənədin verilməsi isə həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.

“ASAN xidmət”in fəaliyyətindən 2965 nəfər yararlanıb -
“ASAN xidmət”in fəaliyyətindən 2965 nəfər yararlanıb -
“ASAN xidmət”in fəaliyyətindən 2965 nəfər yararlanıb -


Facebook-da paylaş