“ASAN xidmət” körpələrə xidmət göstərib – » Göyəzən internet portalı


“ASAN xidmət” körpələrə xidmət göstərib – Qazaxda

“ASAN xidmət” körpələrə xidmət göstərib –
Xəbər verdiyimiz kimi, 30 maydan etibarən “ASAN xidmət” Qazaxda fəaliyyətə başlayıb. “Ehtiyat Səyyar ASAN 2 xidməti"n nümayəndələri texnika ilə təchiz olunmuş xüsusi avtobusla əhaliyə səyyar xidmətlərin göstərilməsi məqsədilə rayonumuza gəliblər. Vətəndaşlara səyyar xidmət Qazax şəhəri, Ş.Xiyabanı küçəsi 12 ünvanında (mərkəzi poçtla üzbəüz) göstərilir.

Vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olmaq məqsədilə təşkil olunmuş səyyar xidmətə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan xidmətlər daxildir.

Bu gün isə səyyar xidmətin nümayəndələri körpələrə xidmət göstəriblər. Şəhər 1 saylı körpələr evi-uşaq bağçasında təşkil olunan səyyar xidmətdə şəhərdə yerləşən 1,2,3,4,5 və 6 saylı bağçaların uşaqları xidmətin fəaliyyətindən yararlanıb. Uşaqlara pulsuz olaraq şəkilsiz şəxsiyyət vəsiqələri verilib.

Xidmətin qrup rəhbəri Elmar Ələsgərov GOYEZEN.AZ saytına məlumat verərək bildirib ki, 6 uşaq bağçasından 50 nəfər uşaqda qan analizi aparılıb və sənədləri qəbul edilib.

Məlumat üçün bildirək ki, "Ehtiyat Səyyar ASAN 2 xidmət"i 2018-ci il iyunun 28-dək vətəndaşlara xidmət göstərəcək.

“ASAN xidmət” körpələrə xidmət göstərib –
“ASAN xidmət” körpələrə xidmət göstərib –
“ASAN xidmət” körpələrə xidmət göstərib –
“ASAN xidmət” körpələrə xidmət göstərib –
“ASAN xidmət” körpələrə xidmət göstərib –
“ASAN xidmət” körpələrə xidmət göstərib –
“ASAN xidmət” körpələrə xidmət göstərib –
“ASAN xidmət” körpələrə xidmət göstərib –
“ASAN xidmət” körpələrə xidmət göstərib –


Facebook-da paylaş