• Təqvim

  • Unutma

  • Maraq

Qazaxda keçirilən yarmarka bu gün də davam edib

Qazaxda keçirilən yarmarka bu gün də davam edib
Xəbər verdiyimiz kimi, Qazaxda Novruz bayramı ərəfəsində rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatını yaxşılaşdırmaq, əhalini ucuz və keyfiyyətli məhsullarla təmin etmək məqsədilə hər həftənin şənbə və bazar günləri bayram yarmarkası keçirilmişdir. Rayon sakinləri, eləcə də qonaqlar keçirilən yarmarkadan yararlanaraq çeşidləri müxtəlif olan ərzaq və kənd təsərrüfatı, ət və ət məhsulları ilə təmin olunmuşdur.

Beş həftə davam edən yarmarka bu həftə də davam edib. Sakinlər üçün müxtəlif çeşiddə, ucuz qiymətə kənd təsərrüfatı ilə yanaşı, ət və süd məhsulları, eləcə də lazım gələn digər məhsulları almaq imkanı yaradılıb.

Artıq altıncı həftədir ki, Təzə Bazarda yüksək səviyyədə təşkil olunmuş yarmarkaya həmişə olduğu kimi, əhalinin tələbatına uyğun müxtəlif çeşiddə məhsullar çıxarılıb. Əvvəlki günlərdəki kimi, bu gün də yarmarkada qələbəlik olub.

Rayon sakinləri, eləcə də qonaqlar tərəfindən yüksək qiymətləndirilən yarmarkada keyfiyyətləri yüksək məhsullar bazarla müqayisədə xeyli ucuz qiymətə satılır, bütün məhsullar bazar qiymətlərindən 20-30 faiz aşağı qiymətə təklif olunur. Quzu əti 8 manata, dana əti isə 6 manat 50 qəpiyə satılır. Ona görə də hər bir rayon sakini lazım olan bütün məhsulları yarmarkadan ucuz qiymətə ala bilər.

Bu gün yarmarkada olan GOYEZEN.AZ saytının əməkdaşları alış-veriş edən sakinlərlə görüşüb, onların fikirlərini öyrənib. Rayon sakinləri bayramın qurtarmasına baxmayaraq yarmarkanın davam etdirilməsini yüksək qiymətləndiriblər. Məhsulların çeşidlərinin çoxluğundan, qiymətlərin isə xeyli ucuz olmasından məmnunluqla söz açan yarmarka iştirakçıları onlar üçün yaradılan yüksək şəraitə və göstərilən qayğıya görə Ölkə Başçısına minnətdarlıqlarını bildirib, sonsuz təşəkkürlərini çatdırıblar.

1 aprel 2018-ci il tarixdə keçirilmiş ərzaq məhsullarının satışı yarmarkasında qiymətlər aşağıdakı kimi olmuşdur

Facebook-da paylaş