Əkiz körpələrə hədiyyə verilib – » Göyəzən internet portalı


Əkiz körpələrə hədiyyə verilib – Qazaxda

Əkiz körpələrə hədiyyə verilib –
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə, onların ailə üzvlərinə, yaxınlarına diqqət və qayğı göstərir.

Rayonun Daş Salahlı kəndində şəhid Mübariz Eyubovun qardaşı İsmayıl Eyubovun əkiz nəvələri dünyaya gəlib. Rayon rəhbərliyi Novruz bayramı ərəfəsində həmin ailəyə öz diqqət və qayğısını əsirgəməyib.

Bayram günündə rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, RİHB Aparatının aparıcı-məsləhətçisi Kəmalə Cəfərova və baş məsləhətçisi Teybə Hüseynova Eyubovlar ailəsinin qonağı olublar.

Onlar əkizlərin valideynləri - İsmayıl və Günelə rayon rəhbərliyinin bayram təbriklərini çatdıraraq ən xoş arzularını bildiriblər.

Sonra əkizlər - Maya ilə İbrahimə uşaq arabası və oyuncaqlar təqdim ediblər.

Əkizlərin anası Günel Eyubova onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə ailəsi adından minnətdarlığını bildirib.

Əkiz körpələrə hədiyyə verilib –
Əkiz körpələrə hədiyyə verilib –
Əkiz körpələrə hədiyyə verilib –
GOYEZEN.AZ


Facebook-da paylaş