• Təqvim

  • Unutma

  • Maraq

Qazaxda beşinci həftədir ki, Novruz yarmarkası keçirilir

Novruz bayramı ilə əlaqədar artıq beşinci həftədir ki, Qazax rayonunda yarmarka keçirilir. Rayon sakinləri, eləcə də qonaqlar tərəfindən yüksək qiymətləndirilən bayram yarmarkası bu gün də davam edib.

Təzə Bazarda yüksək səviyyədə təşkil olunmuş “Novruz” yarmarkasına həmişə olduğu kimi əhalinin tələbatına uyğun müxtəlif çeşiddə məhsullar çıxarılıb. Əvvəlki günlərdəki kimi, bu gün də yarmarkada qələbəlik olub.

Bayram yarmarkasının təşkil edilməsində məqsəd rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatını yaxşılaşdırmaq, əhalini ucuz və keyfiyyətli məhsullarla təmin etməkdir. Bu məqsədlə keçirilən yarmarkadan rayon sakinləri, eləcə də qonaqlar yararlanaraq çeşidləri müxtəlif olan ərzaq və kənd təsərrüfatı, ət və ət məhsulları alıblar.

Onu da qeyd edək ki, yarmarkada keyfiyyətləri yüksək məhsullar bazarla müqayisədə xeyli ucuz qiymətə satılır, bütün məhsullar bazar qiymətlərindən 20-30 faiz aşağı qiymətə təklif olunur. Quzu əti 8 manata, dana əti isə 6 manat 50 qəpiyə satılır. Ona görə də Novruz süfrəsi üçün lazım olan bütün məhsulları yarmarkadan ucuz qiymətə almaq olar.

Əvvəlki günlərdə olduğu kimi. bu gün də yarmarkadan alış-veriş edən sakinlər qiymətlərin ucuz olmasından, məhsulların çeşidinin çoxluğundan razı qaldıqlarını bildiriblər. Novruz ərəfəsində əhalinin tələbatına uyğun olan bayram yarmarkasına görə Ölkə Başçısına minnətdarlıqlarını bildirib, sonsuz təşəkkürlərini çatdırıblar.

17 mart 2018-ci il tarixdə keçirilmiş ərzaq məhsullarının satışı yarmarkasında qiymətlər aşağıdakı kimi olmuşdur

GOYEZEN.AZ

Facebook-da paylaş