Novruz bayramı ərəfəsində qəbiristanlıqlarda keçirilən iməcilik davam edib - » Göyəzən internet portalı


Novruz bayramı ərəfəsində qəbiristanlıqlarda keçirilən iməcilik davam edib - Qazaxda

Novruz bayramı ərəfəsində qəbiristanlıqlarda keçirilən iməcilik davam edib -
Novruz bayramı ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarına gedən sakinlər əzizlərinin və doğmalarının xatirəsini yad etdikdən sonra ümumrayon iməciliyi keçirilibdir. Doğma və əzizlərinin uyuduqları məzarlıqlarda səliqə-sahman yaradılması məqsədilə şənbə günü keçirilən iməcilk bu gün də davam edib.

İməcilik zamanı qəbiristanlıqların içərisində və ətrafında təmizlik və abadlıq işləri aparılıb, səliqə-sahman yaradılıb. Ərazi iri otlardan, kol-kosdan təmizlənib, ehtiyac olan digər işlər görülübdür. Hüseynbəyli kənd qəbiristanlığının içəri hissəsindəki yola başdan-başa çınqıl daşınıb tökülüb və hamarlanıbdır. Kosalar kəndində isə kənd qəbiristanlığının ətrafında zibil tökmək üçün böyük bir quyu qazılıb və təmizlənibdir.

İməcilikdə hamılıqla iştirak edən rayon sakinləri bu cür savab işləri ilboyu davam etdirəcəklərini bildiriblər.

Novruz bayramı ərəfəsində qəbiristanlıqlarda keçirilən iməcilik davam edib -
Novruz bayramı ərəfəsində qəbiristanlıqlarda keçirilən iməcilik davam edib -
Novruz bayramı ərəfəsində qəbiristanlıqlarda keçirilən iməcilik davam edib -
Novruz bayramı ərəfəsində qəbiristanlıqlarda keçirilən iməcilik davam edib -
Novruz bayramı ərəfəsində qəbiristanlıqlarda keçirilən iməcilik davam edib -
GOYEZEN.AZ


Facebook-da paylaş