“1 mart Ümumdünya Mülki Müdafiə günü” ilə əlaqədar Qazaxda silsilə tədbirlər keçirilib » Göyəzən internet portalı

“1 mart Ümumdünya Mülki Müdafiə günü” ilə əlaqədar Qazaxda silsilə tədbirlər keçirilib

“1 mart Ümumdünya Mülki Müdafiə günü” ilə əlaqədar Qazaxda silsilə tədbirlər keçirilib
Bu gün “1 mart Ümumdünya Mülki Müdafiə günü” ilə əlaqədar ilk tədbir Qazax şəhər S.Vurğun adına 2 saylı tam orta məktəbdə keçirilib. Tədbirdə RİHB aparatının məsul işçiləri, Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin və Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət Yanğın Nəzarəti Şöbəsinin, Qızıl Aypara Cəmiyyəti Qazax rayon bölməsinin, rayon Təhsil şöbəsinin, şəhər 1, 3, 4, 5 saylı, məktəb-lisey, Ağköynək və Aşağı Salahlı kənd tam orta məktəblərin müəllim və şagirdləri, Qazax Dövlət Rəsm Qalereyasının əməkdaşları və KİV nümayəndələri iştirak edib.

Məktəbin şəxsi heyətinin və mülki müdafiə qüvvələrinin xəbərdarlıq siqnalı üzrə toplanışından sonra məktəbin qərargah rəisi hazırlıq barədə məktəbin Mülki Müdafiə rəhbərinə raport verib.

Sonra “Fövqəladə hadisələr uşaqların gözü ilə” rəsm işlərinə baxış keçirilib.

RİHB aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Bildirib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart tarixində bu təşkilata üzv olan bütün ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü - kütləvi humanitar tədbir kimi qeyd edilir. 1993-cü ildən bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə daxil olan Azərbaycan da hər il təşkilatın keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir.

Mülkiyyət formasından asılı olmayaraq rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda “Mülki müdafiə və milli qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması” mövzusunda əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaq məqsədi daşıyan maarifləndirici və təbliğat xarakterli tədbirin əməli olaraq təşkil olunub keçirilməsini təmin etmək məqsədilə Qazax rayon İcra Hakimiyyəti başçısı 15 fevral 2018-ci il tarixli 9-21/11 nömrəli sərəncam vermiş və tədbirlər planı hazırlanmışdır.
“1 mart Ümumdünya Mülki Müdafiə günü” ilə əlaqədar Qazaxda silsilə tədbirlər keçirilib
A.Hümbətov qeyd edib ki, mürəkkəb vəziyyyətlərdə gənclərin qətiyyətli davranması üçün onlara lazımi biliklərin öyrədilməsi və bu sahədə hazırlanması təhsil müəssisələrinin üzərinə düşən ən vacib məsələlərdən biridir. Qazax rayonunun coğrafi mövqeyi, döyüş bölgəsində yerləşməsi, rayon ərazisində hər an təbii və texnogen xarakterli fövqəladə halların baş verə biləcəyi nəzərə alınaraq rayonumuzda mülki müdafiə haqqında müvafiq Qanun və Qərarların icrasına diqqət yetirilmiş, mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydalarına uyğun olaraq fövqəladə hadisələrdən mühafizəyə rayonun bütün əhalisinin hazırlanması planlaşdırılmış və həyata keçirilir. Məqsəd rayon ictimaiyyətinin diqqətini qarşıya qoyulan problemin hərtərəfli öyrənilməsinə və həllinə yönəltməkdir.

Məktəbin direktoru Murğuz Mustafayev “Mülki müdafiə və milli qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması” mövzusunda məruzə ilə çıxış edərək bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərdən söz açıb.
“1 mart Ümumdünya Mülki Müdafiə günü” ilə əlaqədar Qazaxda silsilə tədbirlər keçirilib
Rayon Təhsil şöbəsində metodkabinetin direktoru Məhəmməd Cəfərov, Ağköynək kənd tam orta məktəbin çağırışa qədərki hazırlıq rəhbəri Xaliddin Orucov və QAC Qazax rayon bölməsinin sədri Qurban Qurbanlı çıxış edərək “1 mart Ümumdünya Mülki Müdafiə günü”nün rayonumuzda da yüksək səviyyədə qeyd olunmasından və bu sahədə həyata keçirilən maarifləndirmə işlərindən danışıblar.

Sonra məktəblilər MM normalarını yerinə yetirmiş, məktəb ərazisində şərti olaraq yaradılmış yanğın ocaqlarının söndürülməsi, hadisə nəticəsində xəsarət almış məktəblilərə ilk tibbi yardımın göstərilməsi və onların xilasedicilərin köməyi ilə hadisə yerindən necə çıxarılmasını nümayiş etdiriblər. Eyni zamanda fərdi və tibbi mühafizə vasitələri, radiasiya, kimya kəşfiyyatı və dozimetrik nəzarət cihazları, yanğınsöndürmə vasitələrindən istifadə qaydaları haqqında məktəblilərə ətraflı məlumat verilib. QAC Qazax rayon bölməsinin könüllülərinin məktəblilərə xilasetmə işlərində necə kömək edilməsi və ilk tibbi yardımın təşkil olunması da göstərilib. Tədbirdə həmçinin ilk açıq dərs dinlənilib.

Sonra “1 mart Ümumdünya Mülki Müdafiə günü” ilə əlaqədar keçirilən tədbir Qazax Müalicə Diaqnostika Mərkəzində davam etdirilib. Mərkəzin həyətində təşkil olunan tədbirə rayon Mərkəzi Xəstəxanasının ilk həkim yardım dəstəsi və Ixtisaslaşdirilmiş cərrah qrupu, Gigiyena və Epidemiologiya Mərkəzinin epidemiya əleyhinə səyyar dəstəsi və epidemioloji kəşfiyyat qrupu, Baytarlıq İdarəsinin ixtisaslaşdırılmış baytar qrupu cəlb olunub.

Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova “Mülki müdafiə və milli qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması” mövzusunda geniş məruzə ilə çıxış edərək respublikamızda, eləcə də rayonumuzda mülki müdafiə ilə əlaqdər səhiyyə sahəsində həyata keçirilən işlərdən danşıb.]
“1 mart Ümumdünya Mülki Müdafiə günü” ilə əlaqədar Qazaxda silsilə tədbirlər keçirilib
Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Səadət Nazarova və Müalicə Diaqnostika Mərkəzinin Mülki Müdafiə qərargah rəisi Afiq Mustafayev çıxış edərək əhalinin fövqəladə hadisələrə hazır olması baxımından bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını qeyd ediblər.

Sonra Mərkəzin işçilərinin xəbərdarlıq siqnalı üzrə fəaliyyəti yoxlanılıb. Mərkəz ərazisində şərti olaraq yaradılmış yanğın ocaqlarının söndürülməsi və hadisə nəticəsində xəsarət almış işçilərə ilk tibbi yardımın göstərilməsi və onların xilasedicilərin köməyi ilə hadisə yerindən çıxarılması nümayiş olunub. Hadisə zonasında epidemiya əleyhinə səyyar işi təşkil edilib.

Sonda tədbir iştirakçıları mülki müdafiə əmlakının və tibbi mühafizə vasitələrinin sərgisinə baxış keçirib.

Elçin İSMAYIL

Facebook-da paylaş