Rayon sakinləri Novruz yarmarkasından razılıq edirlər » Göyəzən internet portalı


Rayon sakinləri Novruz yarmarkasından razılıq edirlər YENİLƏNİB

Rayon sakinləri Novruz yarmarkasından razılıq edirlər
Novruz bayramı get-gedə yaxınlaşır. Bununla əlaqədar Qazax şəhərindəki Təzə Bazarda “Novruz” yarmarkası keçirilir. Fevral ayının 17-dən təşkil olunan yarmarka hər həftənin şənbə və bazar günləri təşkil olunur. Bayram yarmarkası rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə keçirilir.

Əvvəlki həftədə olduğu kimi, bu dəfə də yarmarkaya müxtəlif çeşiddə olan kənd təsərrüfatı və ərzaq məhsulları, müxtəlif ət məhsulları satışa çıxarılıb.

Yarmarkada satılan məhsulların keyfiyyətləri yüksək, qiymətləri isə xeyli ucuzdur. Bütün məhsullar bazar qiymətlərindən 20-30 faiz aşağı satılır. Hətta mal əti alıcılara 6 manat 50 qəpiyə təklif olunur. Ona görə də yarmarkadan rayon sakinləri, eləcə də qonaqlar yüksək səviyyədə faydalana bilirlər.
Rayon sakinləri Novruz yarmarkasından razılıq edirlər
GOYEZEN.AZ saytının əməkdaşları yarmarkadan bazarlıq edən rayon sakinləri ilə söhbət edərək onların fikirlərini öyrənib. Münasibət bildirən bütün rayon sakinləri yarmarkanın təşkilindən və qiymətlərdən razı qaldıqlarını söyləyərək Ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Yarmarka Novruz bayramına kimi davam edəcəkdir.

24 fevral 2018-ci il tarixdə keçirilmiş ərzaq məhsullarının satışı yarmarkasında qiymət aşağıdakı kimi olmuşdur


Rayon sakinləri Novruz yarmarkasından razılıq edirlər
Rayon sakinləri Novruz yarmarkasından razılıq edirlər
Rayon sakinləri Novruz yarmarkasından razılıq edirlər
Rayon sakinləri Novruz yarmarkasından razılıq edirlər
Rayon sakinləri Novruz yarmarkasından razılıq edirlər


Facebook-da paylaş