• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda xeyriyyə tədbiri keçirilib

Qazaxda xeyriyyə tədbiri keçirilib
Müsəlman aləmində sünnət mərasimi dinimizin gözəl adətlərindən biridir. Hələ qədim dövrlərdən ölkəmizdə sünnət xeyriyyəçiliyi olub. Həmin ənənə bu gün Qazax rayonunda davam etdirilib.

Bu xeyriyyəçilik missiyası Qazax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonumuzda yeni istifadəyə verilən “Yeddi gözəl palace” şadlıq sarayında yerinə yetirilib. Belə ki, yeni şadlıq sarayında ilk toy mərasimi şəhid ailələrinin və Qarabağ müharibəsi veteranlarının övladları üçün keçirilib.

Toy mərasimində Qazax rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, toy sahibləri, onların yaxın qohumları, KİV nümayəndələri iştirak edib.

Qazaxda xeyriyyə tədbiri keçirilib
Qazaxda xeyriyyə tədbiri keçirilib
Qazaxda xeyriyyə tədbiri keçirilib
Qazaxda xeyriyyə tədbiri keçirilib
Qazaxda xeyriyyə tədbiri keçirilib
GOYEZEN.AZ


Facebook-da paylaş