Gözəllik və yaşıllıq ünvanı » Göyəzən internet portalı


Gözəllik və yaşıllıq ünvanı

Gözəllik və yaşıllıq ünvanı
Qazaxda bir müqəddəs ünvan var: Heydər Əliyev parkı. Öz gözəlliyi və möhtəşəmliyi ilə insanları özünə cəlb edən bu istirahət məskəni rayon sakinlərinin ürəyincədir.
Gözəllik və yaşıllıq ünvanı
Gözəl və əlverişli bir coğrafi ərazidə yerləşən bu istirahət mərkəzində ilk növbədə ulu öndər Heydər Əliyevin əzəmətli və möhtəşəm heykəli diqqəti cəlb edir. Sonra parka gələn hər bir insan uca sərv ağaclar ilə əhatələnmiş böyük bir yaşıllıq qoynuna düşür.
Gözəllik və yaşıllıq ünvanı
Rayon sakinləri, eləcə də şəhərimizə gələn qonaqlar asudə vaxtlarında Heydər Əliyev adına parka üz tuturlar. Ağstafa çayının sağ sahilində salınmış 8 hektar ərazini əhatə edən parkın gözəl təbiət mənzərəsi istər-istəməz insanı özünə cəlb edir. Bir o qədər sahədə yaradılmış süni göl isə bura xüsusi gözəllik gətirir.
Gözəllik və yaşıllıq ünvanı
Yamyaşıl ağaclar, ətirli gül-çiçəklər parkın xoş ab-havasını daha da artırır. Gölün kənarı və parkın içərisi boyu düzülmüş yeni oturacaqlarda əyləşərək sərin, təmiz hava qəbul etmək üçün gözəl şərait yaradılmışdır. Burada insanların yaşıllıqlara baxaraq yorğunluqlarını almaları, istirahət etmələri üçün geniş imkanlar var.
Gözəllik və yaşıllıq ünvanı
Uşaqların gəzintisi üçün də parkda yaradılmış şərait ürəkaçandır. Belə ki, uşaqlar üçün təşkil olunmuş meydançada sürüşkənlər, yellənçəklər vardır. Velosiped və maşın sürmək istəyən azyaşlıların əylənməsi üçün də əlverişli şərait yaradılmışdır.
Gözəllik və yaşıllıq ünvanı
Bununla yanaşı, katamaranlar vasitəsilə göldə gəzintiyə çıxmaq nəinki uşaqların, eləcə də böyüklərin marağına səbəb olur.
Gözəllik və yaşıllıq ünvanı
Heydər Əliyev parkının görkəmi get-gedə daha da gözəlləşir. Bu ünvan hər zaman insanları öz qoynuna səsləyir.


Facebook-da paylaş