Qazax RİH və “PAŞA Holding” MMC-nin birgə sosial aksiyası
Respublika
mətbuatı Qazax haqqında Ölkəmizdə
koronavirus (COVID-19) pandemiyasının yayılması səbəbindən elan olunmuş xüsusi
karantin rejimi müddətində Respublika Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi altında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Xüsusilə də aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi,
onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində bütün imkanlardan
istifadə olunur. Dövlət
başçısı cənab İlham Əliyevin pandemiyanın əhaliyə mənfi təsirlərini azaltmaq
məqsədilə həyata keçirdiyi genişmiqyaslı tədbirlər artıq öz nəticələrini verir.
Ölkə Prezidentinin əhalinin rifah halının yaxşılaşdırılması və sosial
müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər
bir addım cəmiyyətdə razılıqla qarşılanır. Karantin
rejimi müddətində bir sıra müəssisələrin fəaliyyətini müvəqqəti olaraq
dayandırmasını nəzərə alaraq "PAŞA
Holding" MMC Heydər Əliyev Fondunun #Biz
Birlikdə Güclüyük! layihəsinə qoşulub. Qazax
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qazax şəhərində sosial aksiya
həyata keçirib. Şəhər
sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və karantin
rejimi müddətində onlara verilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz
minnətdarlıqlarını bildirib, Heydər Əliyev
Fonduna və "PAŞA Holding”
MMC-yə təşəkkürlərini çatdırıblar. Vəli VƏLİYEV, "Respublika” qəzetinin bölgə müxbiri 03 may 2020-ci il
"Gənc Könüllülər”in iştirakı ilə şəhərin müxtəlif ünvanlarında yaşayan
sosial müdafiəyə ehtiyacı olan 300 ailə ziyarət edilib və onlara gündəlik
tələbatları üçün lazım olan ərzaq məhsulları verilib.
Facebook-da paylaş