• Təqvim

  • Unutma

  • Maraq



Qazax: “Cəzasız cinayət” adlı ədəbi–bədii kompozisiya və sərgi keçirilib

Qazaxda Xocalı faciəsinin 27–ci ildönümünə həsr olunmuş "Cəzasız cinayət” adlı ədəbi–bədii kompozisiya və sərgi keçirilib. Tədbir iştirakçıları əvvəlcə Gənclər  Mərkəzinin foyesində məktəblilərin Xocalı faciəsinə həsr etdikləri 50 rəsm əsərindən ibarət sərgi ilə tanış olublar.

Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edən icra başçısı Rəcəb Babaşov uşaqların Xocalı faciəsini öz gözləri ilə görmədiklərinə baxmayaraq çəkdikləri rəsmlərdə faciəni canlandırdıqlarını, rəsmlərdə düşmənə nifrətin və Xocalıya ədalətin çox canlı şəkildə əks olunduğunu bildirib.
Sonra Mərkəzin böyük zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Xocalı faciəsinə həsr olunmuş film nümayiş olunduqdan sonra faciə qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

İcra başçısı qeyd edib ki, Xocalı soyqırımının tanıdılmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olunmuş, əsl həqiqət dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılmışdır. 26 fevralın Xocalı soyqırımı günü kimi qeyd olunması qərara alınmışdır. Respublika Prezidenti İlham Əliyev tərəfindən Xocalı soyqırımının beynəlxalq aləmdə bütün dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən söz açan rayon rəhbəri bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini qeyd edib. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasına başlanılmasının bu istiqamətdə görülən işlərin bariz nümunəsi olduğunu bildirib.

Ölkə başçısının apardığı məqsədyönlü və düşünülmüş siyasət nəticəsində işğal altında olan torpaqlarımızın azad ediləcəyi günün uzaqda olmadığını bildirən rayon rəhbəri bunun üçün Azərbaycanın güclü ordusunun olduğunu qeyd edib.

Sonra şəhər 2 saylı Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivinin ifasında "Cəzasız cinayət” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

Vəli VƏLİYEV,
"Respublika”
qəzeti

1 mart 2019-cu il

 



Facebook-da paylaş