Qazaxda səhiyyənin inkişafı təmin olunur
RESPUBLİKA MƏTBUATI QAZAX HAQQINDA Respublika
Prezidenti İlham Əliyevin apardığı siyasətdə insan amili ön planda durur.
Əhalinin tibbi yardımla təminatı dünya standartlarına uyğunlaşdırılır. Bu
baxımdan səhiyyə sahəsində irimiqyaslı
layihələr həyata keçirilir. Hər il vətəndaşların pulsuz tibbi müayinədən
yararlanması təmin olunur. Paytaxt Bakı ilə yanaşı bölgələrdə də tibb müəssisələrinin
əsaslı təmiri və yeni binaların tikilib istifadəyə verilməsi səhiyyə sisteminə
dövlət qayğısının bariz nümunəsidir. Bütün
sahələrdə yüksək nailiyyətlər əldə edən Qazax rayonunda da son illərdə misilsiz
işlər görülmüşdür. Rayonda səhiyyənin hazırki durumu ilə bağlı rayon mərkəzi xəstəxanasının
baş həkimi Sevda Məmmədova ilə həmsöhbət olduq. Baş həkim bildirdi ki, rayon Mərkəzi Xəstəxanasının nəzdində
135 çarpayılıq şəhər xəstəxanası, 30 çarpayılıq uşaq xəstəxanası, 1 təcili
yardım stansiyası, 3 poliklinika, 100 çarpayılıq ruhi xəstəxana, 2 kənd xəstəxanası,
16 kənd həkim məntəqəsi, 17 kənd tibb məntəqəsi fəaliyyət göstərir. Bunlarla
yanaşı rayonda müasir standartlara cavab verən respublika tabeliyində olan
Qazax Müalicə Diaqnostika Mərkəzi əhaliyə tibbi xidmət göstərir. Hippokrat andına sadiq qalan nəcib
peşə sahibləri 96 mindən artıq sakinə tibbi xidmət göstərirlər. Qeyd etmək
lazımdır ki, Qazax şəhərində 145 çarpayılıq müasir standartlara cavab verən rayon
Mərkəzi Xəstəxanasının tikintisi başa çatdırılmışdır. Xəstəxana müasir tibbi
avadanlıq və digər inventarlarla təchiz olunmuşdur. Yaxın zamanlarda tibb ocağının
açılışı gözlənilir. Xəstəxanada cərrahiyyə, terapiya, reanimasiya, infeksiya,
doğuş, dializ,
uşaq şöbələri, poliklinika və təcili yardım stansiyası fəaliyyət göstərəcəkdir. Baş
həkim qeyd etdi ki, ötən il rayonda bir sıra tibb ocaqlarında əsaslı və cari təmir
işləri aparılmışdır. Uşaq xəstəxanası, İkinci Şıxlı kənd xəstəxanası, Çaylı, Xanlıqlar həkim
məntəqələri, Qazaxbəyli, Fərəhli tibb məntəqələri cari təmir olunmuşdur. Qazax Müalicə Diaqnostika Mərkəzinin fəaliyyəti ilə
bağlı müəssisənin baş həkimi Kamandar İbrahimovdan danışmağı xahiş etdik.
K.İbrahimov bildirdi ki, göstərilən tibb müəssisəsi 2009-cu ildə fəaliyyətə
başlamışdır. Bu tibb ocağına qazaxlılarla bərabər qonşu rayonların sakinləri və
Gürcüstan Respublikasında yaşayan həmyerlilərimiz də müraciət edirlər. Bina
müasir üslubda inşa olunmaqla bütün standartlara tam cavab verir. Burada
konsultativ poliklinika şöbəsi, cərrahiyyə, anisteziologiya-reanimasiya
və intensiv terapiya şöbəsi, transfizioloji kabinet, hemodializ
və qəbul şöbələri fəaliyyət göstərir. Ötən il mərkəzə ambulator
müalicələrin sayı 37287 nəfər, laborator müayinələrin sayı 67282 nəfər, cərrahiyyə
şöbəsinə 10051 xəstə daxil olmuş, 820 nəfər üzərində cərrahiyyə əməliyyatıaparılmış, 5547 çarpayı günü qeydə alınmışdır. Anisteziologiya,
reanimasiya, intensiv terapiya şöbəsinə 859 xəstə daxil olmuş, 1977 çarpayı
günü keçirilmişdir. Hemodealiz şöbəsinə 116 xəstə daxil olmuşdur. Xəstələr üzrə
8594 hemodializ seansı aparılmışdır. Ölkənin hər yerində olduğu kimi, Qazaxda
da hər il qanvermə aksiyası mütəşəkkil olaraq həyata keçirilir. Qazax Müalicə
Diaqnostika Mərkəzində keçirilmiş aksiyada 150 nəfər müayinədən keçmiş, 70 nəfər
qan vermişdir. Məlum olduğu kimi, Qazaxda rayonlararası
psixiatriya xəstəxanası fəaliyyət göstərir. Bu müəssisəyə əsasən respublikanın
qərb bölgəsindən olan sakinlər və qonşu Gürcüstan respublikasında yaşayan
soydaşlarımız müraciət edirlər. Tibb müəssisəsinə uzun illərdir ki, təcrübəli
mütəxəssis Ramiz
Mansurov rəhbərlik edir. Xəstəxananın baş həkimi R.Mansurovla söhbət
zamanı qeyd etdi ki, digər səhiyyə ocaqlarından fərqli olaraq burada müxtəlif
taleli insanlar müalicə alırlar. Təbii ki, bu xəstələrlə işləmək o qədər də
asan deyil. O, qeyd etdi ki, uzun illərdir ki, həllini gözləyən problemlər son
zamanlarda rayon rəhbərliyi tərəfindən tamamilə aradan qaldırılmışdır. Xəstəxananın
dam örtüyü dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Xəstələrlə yaxınlarının
görüş otağı, xəstə kişilər üçün ikinci mərtəbədə yerləşən 10 otaq və dəhliz,
1-ci mərtəbədə qadınlar üçün olan 10 otaq və dəhliz əsaslı təmir olunaraq
istifadəyə verilmişdir. Bundan başqa, ərzaq anbarı, yeməkxana, mətbəx, sanitar
qovşaqlar (hər iki mərtəbədə və həyətdə) yüksək səviyyədə təmir olunmuşdur. Xəstəxananın
həyətində abadlıq işləri aparılaraq 110 ədəd müxtəlif meyvə ağacları, 100 ədəd
gül kolları əkilərək aqrotexniki qulluq göstərilir. Səhiyyə Nazirliyi tərəfindən
tibb ocağına generator verilmişdir ki, o da işıq verilişində problemlərin
yaranmasını minimuma endirir. Bir sözlə, Qazaxda bütün sahələrdə olduğu kimi, səhiyyə
sisteminə qayğı daim diqqət mərkəzində saxlanılır. Vəli VƏLİYEV, "Respublika” qəzeti 13
yanvar 2019-cu il
Facebook-da paylaş