Əsas Səhifə > Mədəniyyət > Sabah Qazaxda Vaqif poeziya günləri keçiriləcəkdir

Sabah Qazaxda Vaqif poeziya günləri keçiriləcəkdir


12-05-2017, 14:49
Sabah Qazaxda Vaqif poeziya günləri keçiriləcəkdir
Mayın 13-də Qazax rayonunda Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş yubiley tədbirləri keçiriləcəkdir.

Yubiley tədbirlərinə M.P.Vaqifin anadan olduğu Yuxarı Salahlı kəndindən başlanılacaqdır.

Saat 10:30-11:30 radələrində Vaqifin kənddəki heykəli önündə poeziya saatı keçiriləcəkdir.

Sonra tədbir Qazax şəhərində davam edəcəkdir.

Saat 12:00-da Gənclər Mərkəzində Vaqifin həyat və yaradıcılığına həsr olunmuş elmi-praktik konfrans öz işinə başlayacaqdır. Sonra konfrans Bakı Dövlət Universitetinin Qazax filialında keçiriləcək bölmə iclaslarında davam edəcəkdir.

Günün ikinci yarısında, saat 16:00-da Olimpiya İdman Kompleksində yubiley tədbirləri mədəni proqramla davam edəcəkdir. Burada Bakıdan gəlmiş müğənnilər, eyni zamanda rayonumuzdakı müğənni və aşıqlar konsert proqramı ilə çıxış edəcəklər.

GOYƏZƏN.AZ

Geri qayıt