Əsas Səhifə > Mədəniyyət > Qazax Rayon Heydər Əliyev Mərkəzində “Könüllülər" qrupları yaradılır -

Qazax Rayon Heydər Əliyev Mərkəzində “Könüllülər" qrupları yaradılır -


21-01-2020, 09:52

 

Hörmətli gənclər!

Qazax Rayon Heydər Əliyev Mərkəzi  "Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturunda könüllülük fəaliyyətini daha da genişləndirir. Respublika Prezidenti İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamına əsasən 2020-ci il Azərbaycan Respublikasında "Könüllülər ili” elan edilmişdir. Bununla əlaqədar olaraq Qazax Rayon Heydər Əliyev Mərkəzində "Könüllülər" qrupları yaradılır.

18-25 yaşlı, gənc, ali və orta ixtisas təhsilli, istedadlı və kreativ gəncləri Mərkəzdə könüllü əsaslarla fəaliyyət göstərməyə dəvət edir.

Namizədlər üçün tələblər: 

- intizamlılıq

- xoşrəftarlılıq

- ünsiyyətçillik

- operativlik

- kollektivdə işləmək bacarığı

- təşkilatçılıq

- təşəbbüskarlıq

- kompüter bacarığı

Könüllülük fəaliyyəti 2 növbədə təşkil olunur:
• 09:00-13:00 – birinci növbə
• 14:00-18:00 – ikinci növbə

Könüllü kimi müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcək ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır. Maraqlanan şəxslər Qazax Rayon Heydər Əliyev Mərkəzinə müraciət edə bilərlər.

Ünvan: Qazax şəhəri, Heydər Əliyev adına parkda yerləşən Heydər Əliyev Mərkəzi.

Əlaqə nömrəsi: (02229) 5-45-21

Email: gazakh_heydar.merkezi@mail.ru

GOYEZEN.AZ


Geri qayıt