Azərbaycan Respublikasının yaradıcısı və onu ən yaxşı ənənələrlə zənginləşdirən,
inkişaf etdirən Heydər Əliyev dühasına olan böyük sayğı və ehtiram bu gün də var,
sabah da olacaq... Adı artıq bəşəriləşmiş Heydər Əliyev öz qüdrəti və uzaqgörənliyi,
müdrikliyi və dərin zəkası, qətiyyəti və casarəti, zaman və məkan amilini
düzgün qiymətləndirmək məharəti, bir sözlə, qeyri-adi keyfiyyətləri ilə dünyada
tanınmış böyük siyasət adamına, yaratdığı və ölməz ideyaları ilə yaşatdığı müstəqil
Azərbaycanda dahi rəhbər və sevimli lider zirvəsinə yüksəlmişdir. Bütün bu
və ya digər xidmətləri ilə Heydər Əliyev siyasətçidən, dövlət başçısından daha
öncə öz xalqına, Vətəninə, torpağına sözün əsl mənasında sədaqətlə xidmət edən
HƏMİŞƏYAŞAR VƏTƏNDAŞ oldu. Bununla da O, həm müstəqil Azərbaycanımızı, həm də
özünü bəşər tarixində əbədiləşdirdi. Məhz bunlara görə Azərbaycan xalqının qəlbində Ulu Öndərin parlaq xatirəsi əbədi
yaşayacaqdır.
Dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətinin təbliğində Heydər
Əliyev Mərkəzlərinin böyük rolu vardır. Bu missiyanı böyük məsuliyyətlə həyata
keçirən Qazax Rayon Heydər Əliyev Mərkəzi Ulu Öndərin xatirəsini yad etmək, Onun
həyatını, siyasi fəaliyyətini təbliğ etmək məqsədilə hər il elan etdiyi "Açıq
qapı” günlərini bu il də davam etdirir. Artıq ənənə halını almış "Açıq qapı” günlərinin təşkil edilməsində məqsəd dahi şəxsiyyətin gələcək nəsillərə
örnək olan həyatını və siyasi fəaliyyətini, Azərbaycanın müstəqil və suveren
dövlət kimi tanınması üçün apardığı mübarizələri, göstərdiyi fədakarlıqları bir
daha xatırlamaq, Heydər Əliyev məfkurəsini,
müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ
etməkdir.
Öz dahi rəhbərinə sonsuz sevgi və hörmətini bildirmək üçün rayonun bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri, təhsil,
mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət
nümayəndələri Ulu Öndərin adını daşıyan parka gələrək abidəsi önünə gül
dəstələri düzür, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla
anırlar.
Bugünkü "Açıq qapı” günündə isə Qazax Rayon Təhsil şöbəsinin,
Qazax Sement zavodunun, Qazaxbəyli kənd kitabxanası və sənətkarlıq evinin
kollektivləri, BDU-nun Qazax filialının və Peşə liseyinin tələbələri müstəqil
Azərbaycanın qurucusu olan Heydər Əliyevin xatirəsini yad etmək üçün gün ərzində
abidəni ziyarət ediblər. Mərkəzin qarşısında Azərbaycan dövlətinin
qurucusu və memarı olan Ulu Öndərin həyatını və siyasi fəaliyyətini özündə əks
etdirən kitab və jurnallardan ibarət "Zamanın
dühası" başlıqlı sərgi ilə tanış olublar. Ümummilli Liderin həyat və
siyasi fəaliyyətinin hər bir anını özündə əks etdirən mühazirələr dinləyib,
filmə baxıblar.
Məlumat üçün qeyd edək ki, "Açıq qapı”
günləri dekabrın 12-dək davam edəcək.
GOYEZEN.AZ
Geri qayıt
|