Əsas Səhifə > Mədəniyyət > “Zamanın dühası” adlı "Açıq dərs” keçirilib

“Zamanın dühası” adlı "Açıq dərs” keçirilib


2-12-2019, 18:22


Ulu Öndər Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini təbliğ etmək məqsədilə Qazax Rayon İcra Hakimiyyəti, Rayon Heydər Əliyev Mərkəzi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev məktəbi” adlı layihə uğurla həyata keçirilir. Noyabr-dekabr aylarını əhatə edən layihə çərçivəsində yuxarı sinif şagirdlərinin iştirakı ilə təşkil olunan "Açıq dərs”lər məktəblilər tərəfindən də rəğbətlə qarşılanır.

Bugünkü "Açıq dərs” isə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin müəllim və yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilib. Məktəblilər əvvəlcə Mərkəzin Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin hər bir dövrünü özündə əks etdirən eksponatlarla zəngin olan ekspozisiya zalı ilə tanış olublar.

Məktəbin tarix müəllimi Ruhiyyə Mustafayeva tərəfindən oxunan "Zamanın dühası” adlı mühazirədə qeyd olunub ki, Azərbaycanın inkişaf tarixi belə bir fikri deməyə əsas verir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi dövlətimiz və xalqımız üçün böyük bir tarixi şansdır. Heydər Əliyevin böyük əməyinin nəticəsidir ki, bu gün dövlətimiz dünyada tanınır və nüfuza malik dövlətlər sırasındadır.

Mühazirədən sonra məktəblilər arasında mövzuya uyğun sual-cavab aparılıb və şagirdlərdən Asim Şahbazlı xüsusilə fərqlənib. Dərsdən sonra mühazirədə əhatə olunmuş dövrün xronologiyasını özündə əks etdirən film nümayiş etdirilib. Dərs muzeyin ekskursiyası ilə yekunlaşıb.





 

GOYEZEN.AZ


Geri qayıt