Əsas Səhifə > Mədəniyyət > “Uşaqları qoruyaq və müdafiə edək” adlı tədbir keçirilib

“Uşaqları qoruyaq və müdafiə edək” adlı tədbir keçirilib


9-11-2019, 11:48


Noyabrın 8-də Qazax Rayon Heydər Əliyev Mərkəzində 20 oktyabr – 20 noyabr BMT Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü – 20 Noyabr - Ümumdünya Uşaqlar Günü ərəfəsində "Uşaqları qoruyaq və müdafiə edək” adlı tədbir keçirilib. Uşaqlara diqqət və qayğının artırılması məqsədilə ölkədə "Uşaq hüquqları aylığı”nın elan olunması ilə əlaqədar keçirilən tədbirdə N.Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri iştirak edib.

Mərkəzin direktoru Ceyhunə Hüseynova "Uşaq hüquqları aylığı” haqqında geniş məlumat verərək bildirib ki, 1959-cu il 20 noyabrda Uşaq hüquqları Bəyənnaməsi BMT tərəfindən qəbul edilmişdir. 1989-cu il 20 noyabrda isə BMT Uşaq Hüquqları Konvensiyasını qəbul etmişdir. Azərbaycanın isə 2 mart 1992-ci il tarixdə BMT-yə üzv olaraq Uşaq Hüquqları Konvensiyasına qoşulduğunu bildirib. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Sülemanyovanın təşəbbüsü ilə hər il ölkəmizdə 20 oktyabr-20 noyabr tarixlərində "Uşaq hüquqları aylığı” elan olunduğunu diqqətə çatdırıb.

Sonra tədbir muzeyin ekskursiyası ilə başa çatıb.

 

GOYEZEN.AZ


Geri qayıt