Əsas Səhifə > Mədəniyyət > Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon 1 və 2 saylı Uşaq Musiqi Məktəblərinin və Mədəniyyət Mərkəzinin kollektivləri ”Bilik Günü”nə həsr olunmuş maraqlı bayram konserti ilə çıxış ediblər

Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon 1 və 2 saylı Uşaq Musiqi Məktəblərinin və Mədəniyyət Mərkəzinin kollektivləri ”Bilik Günü”nə həsr olunmuş maraqlı bayram konserti ilə çıxış ediblər


18-09-2019, 09:32


Sentyabrın 17-də Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon 1 və 2 saylı Uşaq Musiqi Məktəbləri və Mədəniyyət Mərkəzinin kollektivləri "Bilik Günü”nə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.

Qazax rayon Mədəniyyət Mərkəzinin konsert zalında baş tutan tədbir musiqi məktəblərinin müəllim və şagirdlərdən ibarət ansambllarının, mərkəzin rəqs qrupunun, xor kollektivlərinin maraqlı ifaları ilə davam edib. Tədbirdə səslənən "Sarı Gəlin”, "Yaşa, Azərbaycan” və s. kimi ifalar dinləyənlərin zövqünü oxşayıb.

Tədbirdə çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan islahatlardan söz açıb. Məktəblərin müəllim və şagird kollektivini təbrik edib və onlara yeni tədris ilində uğurlar arzulayıb. Natiq həmçinin, ölkəmizdə təhsilin inkişafından, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan söz açaraq, ölkə prezidenti cənab İlham Əliyevin məhz bu istiqamətdə gördüyü işləri, təhsilin keyfiyyətinin artırılmasını daim diqqət mərkəzində saxladığını xüsusilə vurğulayıb.

Tədbirin sonunda iştirakçılarla xatirə şəkilləri çəkdirilib.

















aghstafa.mctgov.az


Geri qayıt