Əsas Səhifə > Mədəniyyət > "Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan" adlı tədbir keçirilib

"Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan" adlı tədbir keçirilib


28-05-2019, 09:04


28 May - Respublika Günü ilə əlaqədar Qazax rayon Heydər Əliyev Mərkəzində silsilə tədbirlər təşkil edilib.

Tədbirlərdə rayon məktəbliləri, əsgər və zabitlər iştirak ediblər. Muzeyi ziyarət edənlərə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən və yaranma zərurətindən, Azərbaycan tarixindəki əhəmiyyətindən bəhs edən geniş mühazirələr oxunub. Respublika Gününə aid tarixi kadrlardan ibarət filmlər nümayiş etdirilib. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk günlərdə qəbul etdiyi qərarlar, Bayraq, Himn, Gerb, müstəqil pul dövriyyəsi, ordu quruculuğu və "İstiqlal Bəyənnaməsi” əks olunmuş sərgi təşkil olunub.








GOYEZEN.AZ


Geri qayıt