Əsas Səhifə > Mədəniyyət > “Əsrin qüdrətli siyasətçisi”

“Əsrin qüdrətli siyasətçisi”


4-05-2019, 15:23

 

Qazax rayon Heydər Əliyev Mərkəzində Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbin müəllim və şagidlərinin iştirakı ilə Azərbaycançılıq ideologiyasının banisi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar "Əsrin qüdrətli siyasətçisi” başlıqlı tədbir keçirilib. Tədbirdə N saylı hərbi hissənin əsgər və zabitləri də iştirak ediblər.

Mərkəzin direktoru Ceyhunə Hüseynova ulu öndərin həyat və siyasi fəaliyyətindən bəhs edən geniş mühazirəsində bildirib ki, Heydər Əliyevin zəngin irsi XX əsrin müstəqil dövləti kimi Azərbaycanın gələcək inkişaf və tərəqqi yolunu müəyyən edən etibarlı səmt göstəricisidir. Onun qəbul etdiyi hər bir qərar, atdığı hər bir addım dövlətimizin və millətimizin gələcəyinə hesablanmışdır.

Məktəbin direktoru Yeganə Göyüşlü çıxış edərək Heydər Əliyevin Azərbaycanı dövlət müstəqilliyinə aparan yolda öz canını belə əsirgəmədən etdiyi fədakarlıqlardan danışıb.

Sonra  məktəblilər ümummilli liderə həsr olunmuş şeirlər söyləyib, ədəbi bədii kompozisiyalar nümayiş etdiriblər.

Tədbir əsgər və zabitlər tərəfindən də maraqla qarşılanıb.





GOYEZEN.AZ


Geri qayıt