Əsas Səhifə > Mədəniyyət > "Heydər babanın nəvələriyik" başlıqlı tədbir keçirilib

"Heydər babanın nəvələriyik" başlıqlı tədbir keçirilib


3-05-2019, 11:16

Qazax rayon Heydər Əliyev Mərkəzində müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar N.Vəliyev adına Qazax şəhər 5 nömrəli orta məktəbin balaca fidanları ilə birlikdə "Heydər babanın nəvələriyik" başlıqlı tədbir keçirilib.

Məktəbin ibtidai sinif müəllimi Rüxsarə Əhmədova və birinci sinif şagirdləri əvvəlcə muzeyi ekskursiya edərək ulu öndər haqqında maraqlı məlumatları dinləyib, maketlərlə yaxından tanış olublar.

Sonra uşaqlara Heydər baba haqqında film nümayiş etdirilib, onlar isə Heydər babalarına olan sevgilərini şeirlərlə çatdırıblar.





GOYEZEN.AZ


Geri qayıt